Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirlik şəhid Səbuhi Əhmədovun qardaşının rüşvət iddiası ilə bağlı araşdırmaya başladı

Tarix: 15-09-2022 12:41     Baxış: 4791 A- / A+



Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir", - cavabda deyilir.
Xatırladaq ki, Sənan Əhmədov ötən gün verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan "Komando" xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar