Xəbər lenti
8 yaşlı uşağın yaşam mücadiləsi -HƏYATDA QALMAQ ÜÇÜN MƏNƏ KÖMƏK EDİN!
Mənim adım Nahid Əliyevdir. 8 yaşım var və ikinci sinifdə oxuyuram. Yaşımın az olmasına baxmayın, 6 ildir mən şiş xəstəliyindən əziyyət çəkirəm. Yaşamaq üçün mübarizə aparmağın nə olduğunu çoxdan öyrənmişəm. Mənim yaşımdakı uşaqlar indi həyətdə əsgər-əsgər, qaçdı-tutdu oynayanda, mən yaşamaq üçün savaşırdım və hələ də savaşmağa davam edirəm. Mənə yalnız Allah və Siz kömək ola bilərsiz. Mən çox yaxın müddətdə babamı və atamı itirmişəm. Kiçik yaşımda nə çəkdiyimi yəqin ki, hiss etdiniz… Ailədə yeganə kişi mən olduğum üçün anamı və bacımı, ailəmi tək, başsız qoymaq istəmirəm. Mənim yaşım hələ azdır və Sizin köməyiniz olarsa, həyatımı sağlam şəkildə yaşamağa davam edə bilərəm. Yaşıdlarım kimi qaçmaq istəyirəm, oxumaq istəyirəm, xəyallarım ümidlərim var mənim.. Xalalar və Əmilər, Sizə səslənirəm. Başımda şiş var, əməliyyat olunmasam, gözlərim tutulacaq, başqa orqanlarım sıradan çıxacaq. Heç nə istəmirəm. SADƏCƏ YAŞAMAQ.
Ölkəmizdəki həkim əmilər mənə kömək edə bilmir, amma müalicəm Türkiyədə mümkündür. Mənim yaşamağım üçün xəstəxana 55000 dollar istəyir. Sizə güvənirəm, mənə bu xəstəlikdən qurtulmağıma kömək edəcəyinizə inanıram. YAŞAMAĞIMA SƏBƏB OLMANIZ çox asandır. Dayanacaqlarda, metrolarda, marketlərdə olanda 1 MANAT Milli Öndən ödəyin.
Əziz insanlar, məni yaşatmaq üçün 15-16 apreldə təşkil edilən xeyriyyə seminarlarımıza da gəlməyi unutmayın. Həm öyrənin, həm də bir həyat xilas edin. Bir-birindən maraqlı mövzularda təşkil edilən seminarlarımızda sizləri görmək istəyirik. Gəlin Nahid balamızı YAŞADAQ! Diqqətiniz üçün hər zaman minnətdar olarıq. Allah hər birinizin köməyi olsun. gununsesi.
Manevr.az
Ünvan: Fabrika Coworking Center (Landmark biznes mərkəzinin yanı)
İştirak haqqı və Nahid balamıza yardım: 10 azn
https://www.facebook.com/events/203559986802468/
Ödəniş etmək üçün:
Bank of Baku
Hesab nömrəsi: 3801000GB605774A58 (Azərbaycan daxilində)
İBAN: AZ08JBBK003801000GB605774A58 (Azərbaycan xaricində)
MilliÖn vasitəsilə ödəmək üçün:
Müştəri kodu: 672690
Doğum tarixi: 12.02.1983
Hesab nömrəsi: 3801000GB605774A58
Şəxsiyyət Vəsiqəsi: AZE13285962
Əlaqə üçün: 055 682 68 61 (Nahid balamızın dayısı Orxan Kəngərli)
Məlumat almaq üçün və ya ödənişlə bağlı problem yaranarsa, əlaqə saxlaya bilərsiniz.
Ətraflı məlumatlar facebook səhifəmizdə var:
https://www.facebook.com/1azn1heyat/?ref=aymt_homepage_panel
Nahid balamızın tibbi sənəd və nəticələri:
https://yadi.sk/d/f6sSPKi73GSQEJ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar