Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sizin hamınızı öldürəcəyik..."

Tarix: 08-08-2022 21:40     Baxış: 4529 A- / A+
"Sizin hamınızı öldürəcəyik..."Rusiyalı deputat federal televiziyanın birbaşa efirində alman jurnalistinə hədə-qorxu gəlib.

"Bu gün Rusiya almanlarla qələbəyədək vuruşmağa hazırdır"
"Siz birbaşa efirdə camaata hədə-qorxu gəlirsiniz, Stritzel ilk növbədə jurnalistdir, hərçənd, düşməndir"
"Tezliklə bütün Ukrayna Rusiyanın olacaq..."

Rusiya Dövlət Dumasının deputatı, müdafiə üzrə komitənin sədr müavini Aleksey Juravlyov "Rusiya-1" federal telekanalının birbaşa efirində "60 dəqiqə" tok-şousunda isteriya törədərək alman jurnalistinə hədə-qorxu gəlib.

Rusiyalı siyasətçinin emosional bəyanatını əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.

Televiziya verilişinin aparıcısı və Dövlət Dumasının deputatı Yevgeni Popov "Bild" nəşrinin müxbirini Ukraynanın "PzH 2000" artilleriyasının Rusiya qoşunlarının mövqelərinə qarşı güclü fəaliyyəti barədə danışdığına görə tənqid edib.

Popov 1945-ci ili xatırladıb və bəyan edib ki, bu gün Rusiya almanlarla qələbəyədək vuruşmağa hazırdır. Teleaparıcıya dəstək vermək qərarına gələn Juravlyov alman mətbuatının nümayəndəsini birbaşa ölümlə hədələyib.

"Mən bu nasistə demək istəyirəm. Biz, it uşağı, gəlib hamınızı öldürəcəyik!"- rusiyalı deputat bəyan edib.

Teleaparıcı Juravlyovu sakitləşdirməyə cəhd edib və vurğulayıb ki, Byorn Stritzel ilk növbədə jurnalistdir, hərçənd, "düşməndir".

"Mənim vecimə də deyil. Mən oraya getsəm və onu orada görsəm..."- Juravlyov sakitləşməyib.

Popov qeyd edib ki, o, birbaşa efirdə camaata hədə-qorxu gəlir. Juravlyov razılaşıb və bəyan edib ki, bunda problem görmür. "Bəli, mən hədə-qorxu gəlirəm, nə olsun ki?"- o, sual edib.

Əlavə edək ki, 24 fevralda Rusiya prezidenti Ukraynaya tammiqyaslı hərbi müdaxilə elan edəndə, rusiyalı müxalif siyasətçi Andrey Pivovarov "Twitter"də Aleksey Juravlyova videomüraciət dərc edərək, tezliklə "bütün Ukraynanın Rusiyanın olacağını" vəd edib.

"Biz Ukrayna xalqını azad edəcəyik, mən buna əminəm ki, bütün Ukrayna Rusiyanın olacaq. Onların hamısı bunun baş verəcəyini anlayır. Məsələ zaman məsələsidir", - rusiyalı siyasətçi bəyan edib. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar