Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Manevr.az" 6 yaşında - Hədəfə doğru...

Tarix: 01-08-2022 14:43     Baxış: 31 310 A- / A+
Bu gün adını "Manevr.az" qoyduğumuz şərəfli missiyamızın 6-cı yaşını qeyd edirik.
6 ildir üzərimizə götürdyümz yükün ciddiliyini dərk edərək, getdiyimiz yolda, atdığımız hər addımda qarşımıza çıxan (çıxacaq) bütün problemləri, çətinlikləri, maneələri qətiyyətlə dəf etmək əzmi ilə çalışdıq. 
2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək olmadan, az sayda əməkdaşla yayıma başlayan "Manevr.az"-ın əsas məqsədi gündəmə uyğun informasiya hazırlamaq, yeni xəbər istehsal etmək, ölkədə və dünyada baş verən mühüm hadisələri operativ olaraq oxucuya çatdırmaq idi. Çətin olsa da məqsədimizə nail olduğumuzu ötən illər qazandığımız uğur və nailiyyətlər təsdiq edir. Problem bolluğunda nə qədər əziyyət çəksək də bu gün də yolumuza davam edirik. 
Bu gün "Manevr.az" Azərbaycan media məkanında kifayət qədər oxucu auditoriyası qazanıb. 6 il zaman etibarı ilə  böyük müddəti  əhatə  etməsə  də  görülən işlər, bu ağır informasiya burulğanında boğulmadan, üstəlik  yuxarıda  qeyd  etdiyim  kimi, heç bir dəstəksiz  fəaliyyətini davam  etdirə  bilmək  gücü  əslində  bu  6  ili  daha  da dolğunlaşdırıb. Deyə bilərik ki, az vaxtda çox iş görməyə nail olmuşuq. 
Bu müddətdə bizimlə əməkdaşlıq edən qurumlar, fərdi qələm sahibləri oldu ki, onlara bizimlə yol yoldaşı olduqları üçün çox sağ olun, deyirik.
Fəaliyyətimiz boyunca neçə- neçə vətəndaşımızın sosial problemini  işıqlandırmaqla  aidiyyəti  qurumlara çağırışlar  etdik, problemlərin həllinə vəsilə  olmağa çalışdıq. İlk  qələm  sınaqlarını  redaksiyamıza  göndərib  yayımlanmasını istəyən  gənc  yazarlara  dəstək  olmağı  da  özümüzə  borc bildik.
Bu  illər  ərzində xeyli  nailiyyətlərə imza atdıq. Azərbaycan Mətbuat  Şurasının  üzvü  olaraq  müstəqil  mətbuat  arenasında  aparıcı  saytlar  sırasında  yer  almağı bacardıq. 

Bu gün saytımızın 6 yaşı tamam olur. 6 yaşlı "Manevr.az"- ın  bundan  sonra da  öz  missiyasına sadiq qalacağına, oxucu  tələbinə  cavab  verəcəyinə, haqlının  yanında olacağına  və  bu  xüsusda  ədalətli  yanaşması  ilə  sözə  xəyanət  etməyəcəyinə  əminəm. 30  ildən artıq sözə  xidmət  edən, jurnalistikada  külüng  çalan, xarakteri, prinsipiallığı, tələbkarlığı və məsuliyyəti ilə kollektivi sözün əsl mənasında bir yumruq  kimi  saxlamağı  bacaran Azərbaycan Yazıçılar  Birliyinin və Azərbaycan Jurnalistlər  Birliyinin üzvü, Prezident təqaüdçüsü, saytın  təsisçisi  şair,  jurnalist  Namiq Dəlidağlının  rəhbərliyi  ilə  çox  illər  qət  etməyi  düşünürük. Bu inam, qətiyyət və çalışqanlıqla ən az 50  yaşa varacağımıza  inanıram.

Əziz "Manevr.az" rəhbərliyi, kollektivi, 6 yaşımız mübarək! Hədəfimizə çatmağı və indiki kimi gələcəkdə də biz olmağı arzulayıram özümüzə. Əlbəttə bu təbrikdən bizimlə  əməkdaşlıq  edən  həmkarlarımıza və  saytımızın  oxucularına  da  pay  düşür. Hər  birimizə  uğurlar!

Sevinc QƏRİB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar