Xəbər lenti
Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional təşkilatı təsis edildi -ŞƏKİL
Bu il Milli Mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunmasının 147-ci ili tamam olur. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir.
Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir ki, Milli Mətbuat günü respublikamızda Zəfər müjdəli bayram kimi qeyd edilir. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, ön cəbhədə döyüşən güclü, mütəşəkkil və müzəffər ordu ilə bərabər haqq səsimizi dünyaya çatdıra biləcək çevik, operativ və güclü jurnalist ordusuna da ehtiyac var. Azərbaycan jurnalistlərinin bu fədakarlığı 44 gün ərzində bir daha özünü təsdiq etdi. Bu deyilənləri nəzərə alaraq, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının yaradılması zərurəti ortaya çıxdı. Milli Mətbuat günü ərəfəsində aparılan söhbətlər, keçirilən müzakirələr və nəhayətdə təsis yığıncağının keçirilməsi bu təşəbbüsü reallaşdırdi.
Beləliklə, Qubadlı, Kəlbəçər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarını əhatə etməklə, bu ilin iyun ayında Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatı yaradıldı və təşkilata sədr Qubadlı Rayon İcra hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru, müstəqil “Sözün sehri” qəzetinin təsisçisi, AYB və AJB üzvü, şair, jurnalist Qafqaz Əvəz oğlu Dəmirov seçildi.
Regional təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də Ali Baş Komandan, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması və insanların dədə-baba yurdlarına qayıtması ilə əlaqədar o bölgədə yaşayıb fəaliyyər göstərəcək jurnalistlətin koordinasiyasını yaratmaq olduğundan regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması zərurəti ortaya çıxırdı.
Bu baxımdan bir müddət sonra regional təşkilatın nəzdində ilkin olaraq Kəlbəcər bölməsi yaradıldı və bölməyə sədr şair, jurnalist AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçildi.21 iyul 2022-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Jurnalistlər Birliyinin və Qubadlı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən geniş yığıncaqda Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qafqaz Əvəzoğlu və Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı ictimaiyyətə təqdim olunmuşdur.
İctimaiyyət nümayəndələrinin, müvafiq rayonları təmsil edən jurnalistlərin, elm və təhsil nümayəndələrinin iştirak etdiyi tədbirin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday regional təşkilatın hansı zərurətdən yaradlması haqqında geniş məlumat vermişdir.
Ölkə mətbuatının, müasir jurnalistikamızın mövcud vəziyyətindən, görülmüş və görüləcək işlərdən, həyata keçirlən tədbirlərdən danışan Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev təmsil etdiyi qurumun Şərqi Zəngəzur Regional təşkilatının yaradılması təşəbbüsünü müsbət qarşıladıqlarını və normal fəaliyyət göstərə bilmələri üçün lazımi köməkliyin göstəriləcəyini vurğuladı.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva və Yeni Azərbaycan Partiyası Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov çıxışlarında ölkəmizdə demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunduğununu vurğulamaqla, Şərqi Zəngəzur Regional təşkilatının yaradılmasını müsbət addım kimi dəyərləndirdilər. Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqətdən, mətbuatın fəaliyyəti və inkişafı üçün yaradılan münbit şəraitdən söz açdılar.
Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, professorlar Razim Əliyev və Əliağa Cəfərov, Əməkdar jurnalist Eyruz Məmmədov, Əməkdar müəllim Ədalət Əsədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı Şamil Mamedov, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, ”Sözün sehri” qəzetinin baş redaktoru Sevda Qafqazqızı, şair, publisist Sevinc Qərib və digər natiqlər çıxış edərək Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının gələcək fəaliyyətinə uğurlar dilədilər.
Sonda Qafqaz Əvəzoğlu və Namiq Dəlidağlı təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə və verilən dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, göstərilən etimada görə isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya minnətdarlıqlarını ifadə etmişlər.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar