Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 türk sərhədçi erməni kəndinə girdi? - Ermənilər panikada

Tarix: 22-07-2022 07:18     Baxış: 3685 A- / A+

Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Araqatsavan kəndinin sakinləri yenə sərhədi pozublar.


Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri olan “çoban”lar “təsadüfən” sərhədi pozublar və Türkiyəyə keçiblər. Türkiyə sərhədçiləri dərhal onları yaxalayıb, onların heyvanları da saxlanılıb.

Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin vasitəçiliyindən sonra əvvəlcə heyvanlar, daha sonra isə çoban kimi təqdim edilən 8 şəxs buraxılıb.

İddia edilib ki, 3 türk silahlıdır, ermənicə yaxşı danışırlar və araşdırma üçün kəndə giriblər, polislər onları axtarır.

Kənd sakinlərinə evdən çıxmamaq çağırışı edilib.

Qeyd edək ki, bu, kənd sakinlərinin Türkiyə ilə sərhədi pozmasına aid ilk fakt deyil. Ancaq maraqlıdır ki, hazırda yaxalanan 8 çoban olub.
8 çobanın bir yerdə heyvan otarması mümkün deyil. Ən böyük naxır və yaxud sürüdə 2 çobanın olması belə çox nadir haldır. Ona görə də 8 erməninin sərhədi keçməsi və guya “çoban” olduqlarını bildirməsi çox şübhəlidir.
***
Araqatsavan kənd icmasının rəhbəri yayılan məlumatı təkzib edib. O bildirib ki, nə sərhəd pozulub, nə ermənilər əsir götürülüb, nə də türklər kəndə girib.

"Türkiyə ilə sərhəddə neytral ərazi var. O ərazidə kənd təsərrüfatı ilə məşğul olanlardan biri təsadüfən tikanlı məftilə toxunub və siqnalizasiya işə düşüb. Siqnalizasiyaya görə Rusiya sərhədçiləri icmanın qapısını bağlayıblar ki, məsələni aydınlaşdırsınlar. Burdan isə panika yaranıb ki, guya türk əsgərləri kəndə girib", - o deyib. axar.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar