Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyi dava-dalaş meydanına çevrilib

Tarix: 14-07-2022 22:22     Baxış: 2983 A- / A+
                                Elbariz Məmmədli
                                   AYB üzvü

Doğrusu, bu haqda yazmağı heç istəmirdim. Amma adına Yazıçılar Birliyi deyilən qurumun özündə hansı birliyi ifadə etdiyini heç cür ayırd edə bilmədim. 
Məsələn, bura kimlərinsə özəl müəssisəsi deyilsəydi, qətiyyən narahat olmazdım. Hərçənd ki, ədəbiyyat mənəviyyat və əxlaq məsələsidir.Son illərdə bunların hər ikisində aşınmadan başqa bir yeniliyin şahidi olmamışıq. Yeni AYB katibliyi bu, sovetdən qalma təşkilatı əsl dava-dalaş meydanına çevirib. Təqaüd davası, ev davası, vəzifə davası, imtiyaz davası və.s.

Əvvəlcədən onu deyim ki, bütün deyilənlərdən kənardayam və ola bilsin susqunluğumla yanlışa yol vermişəm. Bu gün yeni katibliyin sevimli yazarları Şuşada "Vaqif poeziya günləri"nə toplaşıblar. Xeyirli-uğurlu olsun! Fəqət, bu tədbirdə iştirak təkcə onlarınmı haqqıydı? 44 günlük Vətən savaşında, eləcə də son 30 illik mübarizəmizdə səsi eşidilməz olanlar birdən-birə Şuşa sevdasına düşüb, Şuşada peyda olurlar. Amma halal haqqı olanlar AYB-nin siyahısından kənarda qalır. Uzun illərdi bu saymazlıq davam edir. Əcəb edirlər! Dəfələrlə dost yazarlara müraciət etmişəm ki, ləyaqətli qələm adamlarını bir yerə toparlayıb, öz ədəbi ocağımızı yaradaq. İndi nə deyirsiniz? Hələ də gördüklərinizə sükutla yanaşmaq fikrinizmi var?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar