Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Prezidentin ölümündə...” - Moskvaya qarşı ŞOK İTTİHAM

Tarix: 03-04-2017 15:20     Baxış: 6383 A- / A+
“Prezidentin ölümündə...”


Polşa baş prokurorluğu Smolenskdə Tu-154M təyyarəsinin qəzaya uğramasına görə Rusiya dispetçerləri və “üçüncü şəxs”in ünvanına ittihamlar səsləndirib.
Manevr.az xəbər verir ki, ittihamları Varşavada Polşanın baş prokurorunun müavini Marek Poşenek mətbuat konfransında irəli sürüb.
“İstintaqın gedişatında əldə edilən sübutlar prokurorlara aviadispetçerlər barəsində yeni ittihamları irəli sürməyə imkan verir. Həmçinin uçuşları idarə edilməsi məntəqəsində olan üçüncü şəxs qəzanı qəsdən provokasiya edib. Bu, çox sayda insanın həlak olmasına gətirib çıxarıb”, - Marek Poşenek deyib.
O qeyd edib ki, Polşa Rusiya aviadispetçerlərinin dindirilməsi üçün hüquqi yardım haqqında sorğu ilə Rusiyaya müraciət edəcək.
Kremlin sözçüsü Dmitri Peskov Varşavadan səsləndirilən ittihamlara cavab verib. O bildirib ki, Moskva Polşa Baş prokurorluğunun gəldiyi nəticələrlə razı deyil.
“Qəza kifayət qədər ciddi tədqiq edilib və öyrənilib. Və əlbəttə, belə nəticələrlə razılaşmaq mümkün deyil”, - Peskov qeyd edib.
O əlavə edib ki, Rusiyanın istintaq orqanları məsələ ilə məşğul olur və iş davam edəcək.
Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident və xanımı da daxil olmaqla, təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.
Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. 2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.
Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham edib.
2015-ci ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirib ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”.
Ötən ilin sentyabrında Polşanın müdafiə naziri Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib ki, Tu-154M təyyarəsinin qəzası Moskvanın hədəfi idi.

“Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Bizdə hazırda əsl sübutlar var. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Bizdə bu komissiyanın üzvlərinin dəhşətli etirafları var”, - Masereviç bildirib.Publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar