Xəbər lenti
Ermənilər Xocalının kəndlərindən gedir

Manevr.az milli.az-a istinadən xəbər verir ki, rusiyalı sülhməramlılar erməni ailələrə Fərruxdakı evlərinə qayıtmağa imkan vermirlər.
Həmin ailələr Fərrux erməni tərəfdən işğal ediləndən sonra kəndə yerləşmiş, azərbaycanlıların evlərini qəsb edərək yaşamağa başlamışdılar.
Azərbaycan Ordusunun əsgərləri kəndin yanındakı strateji önəmli Daşbaşı yüksəkliyindədir. Kəndin özündə isə rusiyalı sülhməramlılar növbə çəkirlər. Daşbaşıdakı mövqelərimizə aparan təminat yolları kənd ərazisindən keçir. Yəni bu ilin martından bəri kənd mövqelərimizin arxasında qalıb.
Özünü "Fərrux kənd icmasının rəhbəri" adlandıran Vardan Miakelyanın dediyinə görə, 44 günlük İkinci Qarabağ Müharibəsi başlayana qədər kənddə 20 erməni ailəsi yaşayırmış. Həmin ailələrdən böyük qismi müharibə bitəndən sonra kəndi tərk edib, çünki Ağdam rayonu işğaldan azad olub, Fərrux yaxınlığında isə Azərbaycan Ordusunun mövqeləri yerləşdirilib.
Fərrux ordumuzun nəzarətinə keçəndən sonra isə kənddə məskunlaşmış son erməni ailələri də gediblər. Fərruxdan 5 kilometr aralıdakı Pirlər kəndindəki ermənilərin də tam əksəriyyəti həmin yaşayış məntəqəsini tərk ediblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar