Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Duyğularımı oyadan şeirlər!"- sevdiyim şair Namiq Dəlidağlıya MƏKTUB

Tarix: 15-05-2022 20:23     Baxış: 2475 A- / A+
                                          Namiq Dəlidağlı


Orda yad əlində ata məzarı,
Burda ürəyimin başı üşüyür.


Misraların məni yaman kövəltdi.

Bu kimi böyük poeziya yüklü misraların məni çox sevdiyim Kəlbəcərə apardı. Gedib o yerləri gəzib dolaşdım...
Dərələrin dərinini, dağların ucalığını, çayların şırıltısını, bulaqların pıçıltısını duydum. Duyğularım saflaşdı... “Otel otağından reportaj” adlı şeir kitabını maraqla oxudum və düşündüm ki, səni kimi şairlər nə yaxşı ki, var!
Vətən şeirləri kitabın demək olar ki, ürəyini, qayəsini təşkil edir.

“Özümzüzə dağlar oğlu-deyirdik,
qürurumuzu sökürlər,
vay dəməm, vay!
Biz hələ yaşayırıq”
-deyə Vətən oğullarını Vətən torpaqlarını azad etməyə səsləyirsən. Sağ ol ki, belə ürəyin var!

“Yur basılmaz-deyir oğlu ölərsə,
qeyrət itər, yağı yurdu bölərsə.
Döyüşərik-dedik, yeri gələrsə,
vaxtı çatıb, döyüşməyin vaxtıdı!”


Qələbə himni kimi səslənənən misralarına görə sağ ol, Namiq Dəlidağlı.
Dəlidağın vüqarını, əzəmətini şeirlərində yaşadan Ağıllı Dəlidağlı.

“Çıx, deməklə yurddan şıxmaz bu yağı,
qırıb-çatıb döyüşməyin vaxtıdı!”


Bu misralarına görə sağ ol! Namiq, sağ ol!
Qoy düşmən bilsin ki, biz gec gəlirik, amma güc gəlirik!

Ürəyi Vətənin Kəlbəcəri üçün göynəyən şair! Qələmin silah qədər dəyərli və kəsərlidir!

"Çaylaqda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda.
Əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın."


Sən dünyanın, həyatın şirinliyini Vətən torpağında görürsən və və deyirsən:

“Keçdim dünyanın içindən,
boşca qəfəsmiş, demə!”

Unudulmaz şairimiz Məmməd Aslana həsr etdiyin şeir də Vətən şeirlərinin davamıdır.

“Ürəkdən çəkəcək, gözdən çəkəcək,
bu məzar söz adlı bar gətirəcək.
Çiçək bitirəcək, gül bitirəcək,
burda göyərəcək hər kəlmə, hər söz!”

Gözəldir!

Şairin yatdığı torpaq çiçək bitirəcək, söz bitirəcək. Qardaş, bu misraları necə yazmısan, ürəyin necə dözüb bu misraların əbədiyaşar qüvvəsinə! Gözəl şairimiz Ağa Laçınlıya həsr etdiyin şeir də əbədiyaşardı...

"....Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə..."


Bu misraları yetərincə qiymətləndirməyə qələmimin gücü çatmır, Namiq!
Bilmirəm, hansı şeirin haqda yazım. Sanki kitabdakı nəğmələr əbədi solmayacaq çiçəklər kimi “məni dər, məndən danış” deyir. Ağa Laçınlını qayıda bilməməsi səni də yandırır, bizi də... Nə yaxşı ki, bu misralardan vərəqlər od tutub yanmır!

"...On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
Bakıda mayasını yedi və..."


Vətən həsrətiylə “mayasını yeyən arı kimi...”

Lirik şeirlərin də Vətən şeirləri kimi kövrək, düşündürücü, könül oxşayandı, şair!

"Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə."

Gözəldir!

"...gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
özləri ölür!"
-Kimi misraların son ədəbi kəşflərimizdən biridir, deyərdim. Belə deyimləri demək hər şairə qismət olmur, Namiq Dəlidağlı. Sənin bu kövrək qələmin, ürəyin, əllərin var olsun! Kitabı birnəfəsə oxudum və tez oxuyub qurtarmağıma heyfsiləndim.

Məmməd Namaz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar