Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Palmali Holding” Şirkətlər Qrupunun prezidenti iftar süfrəsi təşkil etdi - ŞƏKİLLƏR

Tarix: 29-04-2022 16:17     Baxış: 3583 A- / A+


“Palmali Holding” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda yaşayan ziyalıları, sənət və iş dünyasının görkəmli nümayəndələrini, eləcə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələri iftar süfrəsində görüşdürdü. 
Manevr.az xəbər verir ki, masalar iki qardaş ölkə olan Azərbaycan və Türkiyə bayrağları ilə bəzədilmişdi. 
İftar mərasimində Azərbaycanlı tələbələr üçün milli ab-hava yaradıldı. Mübariz Mənsimov masaları tək-tək gəzərək iftar süfrəsinə dəvət etdiyi qonaqlarla görüşdü. “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tələbələrin təhsili və ehtiyacları ilə maraqlandı. 
İş adamı tələbələrə kömək edə və ehtiyaclarını şəxsən öyrənə biləcəyini, gənclərin həyata keçirmək istədiyi layihələri dəstəkləyəcəyini söylədi. İstanbulun ən prestijli Etilər bölgəsində Azərbaycan və Türkiyə bayraqlarının cüt asılması hər kəsin diqqət mərkəzində oldu. Medianın suallarına cavab verən azərbaycanlı iş adamı gəmilərinin hazırda müharibə gedən Rusya və Ukrayna sularında üzdüyünü, taxıl, yağ və kömür daşıdıqlarını dedi. Mübariz Mənsimov müqəddəs Ramazan ayında bütün müharibə və münaqişələrin bitməsini, insanlığın sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamasını arzuladı.












Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar