Xəbər lenti
Putinin bu görüntüsü GÜNDƏM OLDU: Niyə masadan yapışır? - VİDEO

Bir çox media orqanı Putinin masa arxasında qeyri-adi duruşuna diqqət çəkib.
Kadrlarda Putinin masanı Şoyqu ilə arasına sıxaraq stulda əyilmiş vəziyyətdə olduğu görünür. Bu səbəbdən onun səhhətində problemlərin olması ilə bağlı fikirlər səsləndirilib.
Yazıçı və Britaniyanın keçmiş deputatı Luiza Menş keçən ay yazdığı məqaləyə istinad edərək, Putinin xəstəliyi gizlədə biləcəyini irəli sürüb:

“Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu bildirdim və burada onun titrəyən əli görünməməsi üçün masadan necə yapışdığını görə bilərsiniz, lakin o, ayağına toxunmağı dayandıra bilmir”.
“Yalnız mənə elə gəlir, yoxsa Putin həqiqətən də müharibənin hər günü daha az sağlam və gücsüz görünür? Mən bu gün və fevralın sonunda Putinin görkəmi ilə bağlı ciddi fərq görürəm”, - jurnalist İlya Ponomarenko bildirib.
Qeyd edək ki, Putinin əksər görüşlərində sağ əli ilə masadan tutduğu görünür və bu fakt onun vərdişinə işarə edir.
Eyni zamanda, iki gün öncə Paşinyanla görüşdə Putinin “titrəməsinə” aid heç bir nüans diqqəti çəkmir.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar