Xəbər lenti
Qarabağda da xidmət edən rus general 15 yaşlı qızı zorlama ittihamı ilə saxlanıldı

Manevr.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, onlar məktəbli qıza qrup şəklində təcavüz etməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 3-cü hissəsi) şübhəli bilinirlər.
Araşdırma aparılan mənzilə baxış zamanı oradan spirtli içki şüşələri və içərisində narkotik vasitəyə oxşar maddələrin izləri olan çantalar aşkar edilib.
Bildirilir ki, hər iki şəxsi ağır cəza gözləyir. Müstəntiqlərin sözlərinə görə, onlar zərərçəkənin köməksiz vəziyyətindən istifadə ediblər.
Qeyd edək ki, Ramil Gilyazov Əfqanıstandakı hərbi əməliyyatların, həm də Çeçen yürüşlərinin veteranı olub. Həmçinin, Suriyada, Qarabağda və digər yerli toqquşmaların baş verən yerlərdə xidmət edib. Çeçenistanda müharibə zamanı o, şəxsən öz hərbçilərini mühasirədən çıxarıb. O, “Şücaət” ordeni, Mühafizəçi Xaçı və bir sıra digər mükafatlarla təltif edilib. Gilyazov bir il əvvəl Cənub Hərbi Dairəsinin Birləşmiş Strateji Komandanlığının döyüş hazırlığı şöbəsinin keçmiş rəisi vəzifəsindən səhhətinə görə tərxis edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar