Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Qız məni oyatdı, evlənmək üçün cinsi əlaqədə olmağımızın vacib olduğunu dedi" - Azərbaycanlı gənc aktyorun məhkəməsi

Tarix: 10-03-2022 18:18     Baxış: 3276 A- / A+




Azərbaycanda 1997-ci il təvəllüdlü İlqar yetkinlik yaşına çatmayan Nahidəni (adlar şərti verilib - red.) evlənmək adı ilə aldadıb, onunla cinsi əlaqədə olub.

Manevr.az teleqraf.com-a istinadla bildirir ki, İlqar 2015-ci ilin noyabrında yaşadığı Sumqayıt şəhərində Nahidə ilə tanış olub. Onunla bir neçə dəfə görüşüb və aralarında sevgi münasibətləri yaradıb.
İlqar gənc qızla ailə quracağını deyib, onu buna inandırıb. Qarşılıqlı razılıq əsasında onunla Sumqayıt şəhərində qeyri-təbii yolla cinsi əlaqədə olub. Qıza qarşı seksual xarakterli hərəkətlər edib, sonra razılıq əsasında təbii yolla onunla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
"Məndən xoşunun gəldiyini dedi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ilin noyabrında Sumqayıt şəhərində teatrda aktyor kimi fəaliyyət göstərən zaman tamaşaların sonunda tamaşaçılarla fotoşəkil çəkdiririblər:
"Sumqayıt şəhərində "Mübariz" şadlıq sarayında keçirilən tamaşanın sonunda da tamaşaçılarla şəkil çəkdirdim. Həmin vaxt şəkil çəkdirdiyim şəxslərin kim olmasına dəqiq şəkildə fikir verməmişəm. Sahib adlı tanışım mənə fotoşəkil göstərdi, onun Sevil adlı tanışının bacısının mənimlə şəkil çəkdirdiyini, məndən xoşunun gəldiyini və tanış olmaq istədiyini dedi.
Mən şəkil çəkdirən zaman Sevilin bacısı Nahidəyə diqqət yetirmədiyimi, lakin onunla tanış ola biləcəyimi dedim. Nahidə ilə tanış oldum. Əvvəl onunla telefon vasitəsilə əlaqə saxladım".
"Evlənmək məqsədilə qaçırdığımı dedim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt onun 19 yaşı olub: "Nahidə isə 15 yaşı olduğunu dedi. Bir dəfə Sumqayıt şəhərində yerləşən parkların birində Nahidə ilə görüşdüm. Münasibətlərimizdən onun bacısı Sevil və Sahibdən başqa heç kimin xəbəri olmayıb.
Tanışlıqdan təxminən 1 həftə, 10 gün sonra Mingəçevir şəhərində yaşayan xalam Mədinəyə baş çəkmək üçün ora getməli idim. Bu haqda Nahidəyə məlumat verdim. Nahidə isə ailəsinin onu bezdirdiyini və mənimlə birgə getmək istədiyini dedi. Nahidəyə 3 gün müddətində gedib qayıdacağımı, qayıdan kimi də onunla ailə qurmaqla bağlı özümün və onun ailəsinə deyəcəyimi bildirdim. Nahidə isə mənimlə getməkdə təkid etdi. Mən də razılaşdım.
Nahidə ilə Sumqayıt şəhərində 30-cu məhəllə adlanan yerdə görüşdük. Birlikdə əvvəlcə pul almaq məqsədilə Bakı şəhərində yaşayan əmimgilə getdik. Əmim oğlu Elşəndən yol üçün pul götürdüm. Həmçinin Nahidəni evlənmək məqsədilə qaçırdığımı dedim. Lakin həmin vaxt Nahidə məndən uzaqda olduğundan onu yaxından görmədilər".
"Xalamın da məlumatı olmayıb"
İlqarın ifadəsinə görə, Mingəçevir şəhərinə getmək məqsədilə avtovağzala yollanıblar: "Avtobusla Mingəçevir şəhərinə yola düşdük. Həmin vaxt aramızda heç bir mübahisə yaranmadı. Nahidə ilə xalam Mədinəgilə gəldik. Mədənin 2 azyaşlı uşağı var idi, əri isə həbsxanada idi. Ora çatdıqda xalama evlənmək məqsədilə qız qaçırdığımı dedim. Mədinə də bizi xoş bir şəkildə qarşıladı və təxminən 3 gün müddətində orada qaldıq.
Mən çarpayıda, Nahidə isə çarpayının yanında yerdə yatırdı. Orada olduğumuz 2-ci gün gecə saat təxminən 4-5 radələrində Nahidə məni oyatdı və evlənmək üçün ilk növbədə cinsi əlaqədə olmağımızın vacib olduğunu dedi. Mən də razılaşdıqdan sonra Nahidə ilə təbi yolla cinsi əlaqədə oldum.
Nahidə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Hadisə gecə saatlarında baş verdiyindən və hər kəs yatdığından bu haqda heç kimin, xalamın da məlumatı olmayıb.
Orada olduğumuz 3-cü günü Nahidənin anası, dayısı, mənim anam və bibim oğlu Mədinənin evinə gəldilər. Nahidənin anası bizim cinsi əlaqədə olub-olmamadığımızı soruşdu. Nahidə aramızda olanlar haqda heç kimə məlumat verməməyi tapşırmışdı. Mən də cinsi əlaqədə olmadığımızı dedim.
Nahidədən onu zorla qaçırmağım haqda soruşdular. O da heç kimin ona zor göstərmədiyini dedi".
"Evlənməkdən imtina etdim"
İlqarın ifadəsinə görə, bundan sonra Sumqayıt şəhərinə qayıdıblar: "Aramızda olan razılaşmaya görə, biz Nahidənin 18 yaşı tamam olandan sonra nikah bağlamalı olduq. 2018-ci ildə bizim nişan mərasimimiz oldu. Sonra Nahidə və ailəsi ilə müəyyən narazılığımıız yarandı. Buna görə də Nahidə ilə evlənməkdən imtina etdim".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nahidənin sözlərinə görə, 2015-ci ilin təxminən oktyabr-noyabr aylarında Sumqayıt şəhərində İlqarla tanış olub: "Həmin vaxt mənim 14 yaşım olub. Tanış olduqdan sonra ilk vaxtlar telefon vasitəsi ilə əlaqə saxlamışıq. Təxminən 2 dəfə Sumqayıt şəhəri ərazisində İlqarla görüşmüşəm. Həmin vaxt İlqarla yaxın münasibətdə olmamışam.
Tanışlığımızdan ailə üzvlərimdən yalnız bacımın məlumatı olub. Həmin ərəfələrdə İlqar mənimlə ailə həyatı quracağını deyib".
"Geriyə yolun olmadığı dedi"
Nahidə qeyd edib ki, noyabrın 15-də günorta vaxtı İlqar ona zəng edib: "Evdən həyətə düşməyimi və məni özü ilə evlərinə aparacağını dedi. Anama mağazaya gedəcəyimi söylədim və həyətə düşdüm. İlqar məni həyətdə gözləyirdi. Məni evlərinə aparacağını və mənimlə ailə həyatı quracağını dedi. Mən də onunla razılaşdım.
Bundan sonra İlqar qərarını dəyişərək məni özü ilə Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşayan əmisigilə aparacağını bildirdi. Biz oradan İlqarın əmisinin yaşadığı ünvana getdik.
Lakin İlqarın əmisi arvadı bizi qəbul etmədi və məni öz evimə aparmağı tapşırdı. İlqar ona heç nə demədi. Bakı şəhərində yerləşən avtovağzala gəldik. Yolda İlqardan məni evimizə aparmağını istədim. Lakin İlqar artıq məni ailə həyatı qurmaq məqsədilə qaçırdığını, ona görə də geriyə yol olmadığı dedi.
İlqar məni Mingəçevir şəhərində yaşayan xalasıgilə aparacağını söylədi. İlqarla avtovağzalda avtobusa əyləşdik, əvvəlcə Yevlax şəhərinə gəldik. Sonra digər nəqliyyat vasitəsi ilə Mingəçevir şəhərinə İlqarın xalasıgilə yollandıq".
"Cinsi əlaqədə olmağımızı lazım bildi"
Nahidə qeyd edib ki, təxminən gecə İlqarın xalasıgilə çatıblar: "Orada məni xoş qarşıladılar. İlqar xalasına məni ailə qurmaq məqsədilə qaçırdığını dedi. Ev 1 otaqdan ibarət idi. İlqar Mingəçevirdə 2 xalasının və 1 dayısının olduğunu dedi. Bildirdi ki, xalasının əri həbsxanadadır.
Orada təxminən 3 gün qaldım. Bu müddətdə telefonumu evdə qoyduğumdan ailəmlə əlaqə saxlamadım. Xalası İlqarla məni tez-tez təkbaşına buraxırdı. İkinci günü xalası mənim İlqarla hər hansı yaxın münasibətimin olub-olmamasını soruşdu. Mən də İlqarla cinsi əlaqədə olmadığımı dedim. Xala mənim İlqarla ailə həyatı qurmağım üçün ilk növbədə cinsi əlqədə olmağımızın lazım bildi, əks halda ailəsinin İlqarla evlənməyimə icazə verməyəcəyini dedi".
"Anam itkin düşməyimlə bağlı polisə məlumat vermişdi"
Nahidə bildirib ki, həmin gün axsam saat 21 radələrində xalası azyaşlı uşaqlarını mənzilin mətbəxinə keçirib: "Mən otaqda olduğum zaman İlqar mənə yaxınlaşdı, cinsi əlaqədə olmaq istədi. Əvvəlcə razılıq vermədim, onu itələdim. Lakin sonra İlqarla qeyri-təbii yolla cinsi əlaqəda oldum.
Həmin vaxt səs-küyə onun xalası gəldi və bizim təbii yolla cinsi əlaqədə olmağımızı bildirdi. Bundan sonra İlqarla təbii yolla cinsi əlaqədə olduq. Həmin proses təxminən 30 dəqiqə ərzində baş verdi və xeyli səs-küy oldu. Lakin qonşulardan kimsə, yaxud başqa şəxslər səs-küyə gəlmədilər. Orada olan zaman anam mənim itkin düşməyimlə bağlı polis idarəsinə müraciət edib".
"Evlənəcəyimiz barədə razılaşdıq"
Nahidə bildirib ki, Mingəçevirdə olduqlarının üçüncü günü anası, dayısı, İlqarın anası və bibisi oğlu həmin evə gəliblər: "Onlar gəlməzdən əvvəl İlqarın xalası mənə İlqarla cinsi əlaqədə olmağım haqqında heç bir şey deməməyimi tapşırdı. Həmçinin İlqar özü də aramızda olanları gələnlərə deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Anam, dayım və İlqarın qohumları gəldikdən sonra bizim ailə qurmağımız, nişan mərasiminin keçirilməsilə bağlı söhbətlər oldu.
Bundan sonra biz Sumqayıt şəhərinə qayıtdıq. 2018-ci ilin iyulun 22-də İlqarla nişanlandıq və həddi-büluğa çatdıqdan sonra evlənəcəyimiz barədə razılaşdıq".
"Ailə qurmasını öyrəndim"
Nahidə deyib ki, həmin müddət ərzində İlqarla telefon vasitəsilə əlaqə saxlayıb, bir neçə dəfə Sumqayıt şəhərində görüşüblər: "Lakin İlqarla nişanlı olduğum müddətdə hər hansı yaxın münasibətlərimiz olmayıb, cinsi əlaqədə olmamışıq. 2018-ci ilin sonlarında isə İlqarla bütün əlaqələrim kəsildi. Sonradan İlqargilin yaşadıqları evlərini satdıqlarını, başqa biri ilə ailə həyatı qurduğunu və Ağdaş rayonuna köçdüyünü öyrəndim".
Bu cinayət işinə Mingəşevir şəhər Məhkəməsində baxılıb.
İlqar 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar