Xəbər lenti
Sensasiya: “Nərmin işi”ndə Zakir Qaralovun “əli”... – Faktlar niyə gizlədilir? – Plan deşifrə olunur!
Azərbaycanda böyük rezonans doğuran “Nərmin işi” ilə bağlı ciddi müzakirələr davam edir. İlkin Süleymanov cinayətkar qismində həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.
Ötən dəfə iddiallarla bağlı mərhumun atası Şərif Quliyev “Sherg.az”a danışıb qarşı tərəfin yaydığı bütün xəbərlər yalanlamışdı. Bu dəfə həbs olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov ilə əlaqə saxladıq. Adil Süleymanov davam edən istintaqın bilinməyən faktları haqqında “Sherg.az”a danışıb. O bildirib ki, hələ də dindirilməyən şahidlər var:
“Əsl cinayətkarın kimliyini dövlət tapmalıdır. Amma bizim əlimizdə tutarlı faktlar mövcuddur. Meyitin ora atılması ilə bağlı şahidlərimiz var. Üç şahidimiz var, amma istintaq dövründə onlardan yalnız biri dindirilib. Böyük ehtimal ki, bilərəkdən və planlı şəkildə dindirilməyiblər. Çünki o şahidlərin verdiyi ifadələr istintaqın apardığı bütün əməliyyatı alt-üst edəcəkdi. Amma buna baxmayaraq, şahidlərin ifadəsinə məhəl qoyan olmadı”.
A.Süleymanov Şərif Quliyevin iddialarına cavab verib:
“Digər tərəfdən Şərif deyir ki, mən onun qardaşına yaxınlaşıb demişəm ki, bu işi bir yerdə həll edək. O böyük səhv edir. O mənə dedi ki, sizin qardaşınızı mən tutmamışam, dövlət tutub. Dövlət bilər, siz bilərsiniz. Mən dedim ki, hələ məhkəmə davam edir. Sizin burada laqeydliyiniz var. Siz İlkinə görə yox, öz qardaşınız qızınıza görə işin ədalətli apraılmasını bizlə bərabər tələb edin. Mən onlara bir sual verdim. Dedim ki, qardaşınızın, yəni Nərminin atasının dediyinə görə Nərmin itəndə iki dişi olmayıb. Amma ekspertiza bir dişi olmadığını deyib. Bu sualıma cavab verə bilmədilər.
Öz qardaşınızın həyat yoldaşı Aynurə məhkəmədə ifadə verdi ki, meyit tapılmazdan əvvəl keçmiş polis rəisi evlərinə gəlib, onlara deyib ki, uşağınız tanınmaz halda olsa, onu nəyindən tanıyarsınız? Onlar deyib qırmızı gödəkçə və ayaqqabısından. Bəs bu ifadələr sizə bir söz demirmi? Aynurə bunları məhkəmədə demək istəmirdi, hakim və vəkillərin israrları ilə bunu açıqlayıb. Çünki ziddiyyətli ifadələr verirdi. Axırda özü etiraf etdi ki, bəli, keçmiş polis rəisi meyit tapılmazdan öncə gəlib bunları soruşub. Mənim məhkəmədən qısa müddət Şərif bəyin qardaşı Asif bəylə söhbət etmək imkanım oldu. Çünki onlar daim bizdən qaçırlar və yaxınlaşmaq istəmirlər. Mən dedim ki, bu suallara cavab verin, mən sizə söz verirəm ki, mən özüm İlkinin həbsini tələb edəcəm. Amma dedim gedin, qardaşınıza deyin ki, o çox şey bilir. Əgər doğrudan da ədalətli şəkildə araşdırılmasını istəyirsə, bizimlə birlikdə tələb etsin. Yox əgər bu suallardan qaçırsa, cavab vermək istəmirsə və hər dəfə bir bəhanə ilə İlkin günahkardır deyirsə, deməli onun da çox şeydən xəbəri var. Hansı halda insan cinayətin üstünün açılmasını istəməz? Biz belə düşünürük ki, o halda istəməz ki, orada onu nəsə narahat edən, qorxudan şeylər var. Şərif də bu qədər suallardan qaçır və cavab verə bilmir”.
A.Süleymanov ciddi faktların olduğunu vurğulayıb:
"Hələ qabaqda ekspertin rəyləri ilə bağlı çox ziddiyyətli məsələlər var. Onları hələ biz açıb deməmişik. Ortada cinayətin başqası tərəfindən törədildiyinə dair ciddi faktlar mövcuddur. Amma bunu kimin edib-etmədiyini araşdırmaq bizim işimiz deyil. Bu dövlətin işidir. Dövlətin məmurları var, nə qədər maaş alırlar. Getsinlər istintaq dövründə necə boşluq ediblərsə, araşdırsınlar. Bizim məqsədimiz İlkinin günahsız olduğunu göstərməkdir.
Xatırlayırınızsa, ilkin ayın 6-da həbs olundu. Ayın 10-da rəsmi şəkildə həbsin müddətini elan etdilər. Həmin ayın 23-ü biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmə müddətində biz vəkillərlə birgə İlkinin azadlığını tələb edirdik. Orada biz bu tələbi edəndə onlar dedi ki, sizin həyətinizdə qana bənzər ləkə tapılıb. Bu da 2-ci qrup qandır. Tapılan qızın qanı da 2-ci qrup idi. Həbsin müddəti məhz buna görə artırıldı. Bu məhkəmənin qərarında da göstərilib. Bundan sonra biz ailə üzvlərimizin 6 nəfərinin qan qrupunun 2-ci qrup olduğunu göstərdik. Bu bir faktdır. Burada əsas ciddi fakt isə başqadır. Məhkəmə yanvar ayının 23-də olmuşdur. Amma indi işin içini oxuduqda görürük ki, yanvarın 22-də keçmiş baş prokuror Zakir Qaralov bu işin ədalətli aparılması haqqında Ombdsumana məktub yazıb. Yazıb ki, bu iş ədalətli aparılır, çünki İlkin gilin həyətindən 5 yerdən 2-ci qrup qana bənzər ləkə tapılıb və nərminin qan qrupu ilə eynidir. Amma indi biz görürük ki, bu məktub yanvarın 22-də yazılsa da, ekspertiza rəyi 27 yanvar tamamlanıb. Prokurorluğa da ondan sonra göndərilib. Belə olan halda Z.Qaralov hardan bilib ki, bu qan qrupu hansıdır. Özü də Z.Qaralov yalan məlumat yazıb. Çünki beş ləkənin 4-nün qrupunu müəyyənləşdirmək mümkün olmayıb. Yalnız biri darvazanın bayır tərəfində 2-ci qrup qan tapılıb. Maraqlısı orasındadır ki, Z.Qaralov doğrudan da bunu hardan bilib? Belə ehtimal olunur ki, ekspertizaya təzyiq edilib və bu iş saxtalaşdırılıb. Bu, ciddi problemdir. Ən önəmli məqam isə odur ki, tapılan meyitin qan qrupu 2 müəyyənləşdirilmişdi, amma Nərminin pasportunda qan qrupu 4-cü qrup göstərilib. Biz hansı quruma inanaq? Yanvarın 8-i evimizin hər yeri yoxlanılıb. Buna dair rəsmi protokol da var. Orada heç bir şübhəli məqama rastlaşılımadığı qeyd olunub. Yaxşı necə olur ki, 10-u günü səhər bizim evimizin bayır divarından qan ləkəsini tapılır. Necə olur ki, 8-i gözlə görünən yerdə bu tapılmır. Bunların hamısı saxta işlərdir. Düşünürük ki, Z.Qaroluvun burada çox böyük rolu var.
Ciddi şəkildə belə bir qənaətə gəlmişik ki, Şərif bu cinayətin üstünün açılmasını istəmir. Hətta bundan çox qorxur”.
A.Süleymanov başqa bir ciddi və maraqlı faktın olduğunu deyir:
“İyul ayında mənə zəng etdilər ki, sizin evinizin önündə dava var və siz dövlət əleyhinə çıxışlar edirsiniz. Mən bunu təkzib etdim və həmin yerdən video çəkib kəndin sakitçiliyini göstərdim. İki saatdan sonra qarşı tərəfdən 3-4 nəfər gəldi, bizim evin önündə dava düşdü. Biz buna təəccübləndik ki, necə bunu iki saat öncədən təxmin ediblər. Demək bunların hamısı bir plandır. Bizim videokameralarımıza düşən bir digər məqam da odur ki, Nərminin ailəsindən öncə bizim evin önünə polis maşının dayanır. Onlardan sonra ailəsi gəlir. Daha sonra anama xəsarət yetiriblər və o beyin travması alıb. Sümüyündə çat var idi. Biz bunu məhkəməyə verdik və bizə orada deyildi ki, burada cinayət xarakterli heç bir əməl yoxdur. Biz sonda videogörüntüləri, şəkilləri, ekspertiza rəyini təqdim etdik. Sonra hakim məcbur qalıb qəbul etdi ki, burada cinayət xarakterli əməl var. Hələ də, iki ildir, bunu araşdırırlar.
Bu cinayət quramadır və özləri artıq tora düşüb. İnanıram ki, Allahın ədalətindən qaça bilməyəcəklər. Onlar ola bilsin ki, hansısa məmurların maraqlarına görə qanundan qaça bilsinlər, amma sonda hər şey aşkara çıxacaq”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar