Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Etibar mənə dedi ki, telefonunu mənə ver..." - DƏHŞƏTLİ cinayətin TƏFƏRRÜATI

Tarix: 12-02-2022 10:14     Baxış: 3176 A- / A+

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Etibar ailə münaqişəsi zəminində arvadı Mələkə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Manevr.az teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il mayın 22-də rayonun Binə qəsəbəsi Südçülük sovxozunda baş verib.

Etibar yaşadığı evdə arvadı Mələklə ailə münaqişəsi zəminində mübahisə edib. O, əlində olan mismar çıxaran linglə Mələkin sol qolundan vurub, əlləri ilə boğazını sıxaraq onu divara çırpıb.

İstintaq orqanı tərəfindən Etibarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Tovuz rayonunun Xatınlı kəndində qeydiyyatdadır: "Lakin Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayıram. Rəsmi iş yerim yoxdur, fərdi işlə məşğul oluram. Əvvəl ailəli olmuşam, birinci arvadımdan 3 qızım var".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ildə birinci arvadı ilə rəsmən ayrılıb, 3 övladına aliment verir: "Övladlarım hazırda Tovuz rayonunda anaları ilə birlikdə yaşayırlar. 2014-cü ildə Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozunda özümə həyət evi tikmişəm. İkinci dəfə Mələklə ilə ailə qurmuşam. Mələk də əvvəllər ailəli olub. Biz evlənəndə Mələkin yanında 3 yaşında övladı da olub. Mələkin xahişi ilə həmin uşağa atalıq hüququ verdim. Həmin uşağı öz adıma sənədləşdirdim.

Hazırda özümə məxsus evi sataraq əvvəlki arvadımdan olan uşaqlara pay vermək istəyirəm. Çünki 13 min manat aliment borcum var. Lakin Mələk və atası Mahir buna razı deyil, mənə mane olurlar".

Etibar deyib ki, mayın 22-də, səhər saat 8 radələrində yaşadıqları evdə mətbəxdə olan zaman Mələk onun mobil telefonunu icazəsiz götürüb və övladlarının şəkillərini atasına göndəririb: "Buna etiraz etdim və aramızda mübahisə yarandı. Mübahisə vaxtı Mələk əlinə plastik boru götürərək üstümə gəldi. Mən də evdə olan mismar çıxaran dəmiri götürdüm və özümü müdafiə etmək istədim. Mələk plastik boru ilə başıma vurdu. Əlindən tutdum, onu yerə yıxdım və plastik borunu əlindən aldım. Ayaq üstə dayananda Mələk məni itələdi. Mən də divara dəyərək yerə yıxıldım və bədənimin müxtəlif yerlərindən xəsarət aldım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mələkin sözlərinə görə, Etibarla 2017-ci ildə ailə qurub: "Bu nikahdan bir övladımız var. Neçə vaxtdır Etibar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evimizi satmaq istəyir. Mən buna razı deyiləm. Bu səbəbdən aramızda dəfələrlə mübahisə olub, hazırda da mübahisələr davam edir".

Mələk qeyd edib ki, mayın 22-də səhər saat 8 radələrində yaşadıqları evdə mübahisə ediblər: "Etibar mənə dedi ki, telefonunu mənə ver, mənim uşaqlarımın şəkilləri orada var. Mən isə telefonu vermədim. Bu səbəbdən də aramızda mübahisə yarandı. Etibar telefonumu zorla əlimdən aldı. Əlinə mismarçıxaran alaraq telefonumu sındırmaq istədi. Bundan sonra telefonumda olan kartı çıxardı və telefonu mənə qaytardı.

Dava düşdü, Etibar əlində olan dəmir parçası ilə əlimin üstündən vurdu. Əli ilə boğazımdan tutaraq boğmaq istədi. Onu itələdim, döşəmənin üstünə yıxıldı. Etibar yerdən duraraq məni yenidən boğmaq istədi".

Qeyd edib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verib: "Hadisə zamanı əlimdə plastik boru olmayıb. Boru ilə Etibarın başından vurmamışam, ona heç bir xəsarət yetirməmişəm. Etibar məni boğmaq istədikdə onu itələmişəm. Həmin vaxt Etibar xəsarət almayıb. Lakin sonradan qollarını divara sürtdü və dedi ki, səni polisə verib, şərləyərəm. Etibar ilə barışmaq fikrim yoxdur, ondan şikayətçiyəm".

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Etibarın barəsində "8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.

Etibarın barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.

Etibarın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar