Xəbər lenti
Maqsudun müğənniləri necə təhdid etdiyi məlum oldu - "Dedi ki, 1000 manat versən, görüntüləri yaymayacağam"
Ötən ildən axtarışda olan, Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən iş adamı, bloqer Maqsud Mahmudovun tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya qarşı törətdiyi cinayət əməlinin detalları üzə çıxıb.
M.Mahmudov beynəlxalq axtarışda olduğu vaxt, 2020-ci ildə yutubda əməkdar artist Vasif Məhərrəmlinin şəxsi həyatı barədə ictimai nüfuzuna xələl gətirən fikirlər səsləndirib. Daha sonra Ukrayna mobil nömrəsindən mesaj yazaraq onun özündən yaşca böyük qadınla nikahdankənar münasibətləri və şəxsi həyatı barədə məlumatlara malik olduğunu deyib. M.Mahmudov həmin məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə əməkdar artistdən 1000 manat tələb edib. V.Məhərrəmli isə üçüncü şəxs vasitəsilə pulu M.Mahmudova verib.
İş adamı eyni tələblə müğənni Afət Fərmanqızını da hədələyib. Belə ki, Mahmudov müğənninin intim görüntülərinə malik olduğunu deyib və şəxsi həyatı barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib. Lakin A.Fərmanqızı M.Mahmudovun tələb etdiyi 1000 manatı ona verməyib. Bundan sonra təqsirləndirilən şəxs yutubda müğənninin şəxsi həyatı ilə bağlı rüsvayedici məlumatlar yayıb.
Vasif Məhərrəmli işlə bağlı dindirilərkən bildirib ki, o, yutubda özü haqqında videonu görəndən sonra Mahmudovla əlaqə yaradıb: “Maqsud adlı şəxs mənim barəmdə təhqir və rüsvayedeci video yaymışdı. Həmin videoya baxanda gördüm ki, bu adam mənim anam yaşında bir qadınla qeyri-rəsmi yaşadığımı və həmin qadına guya 3 otaqlı mənzil alıb orada saxladığımı deyir. Videoda onun yerləşdirdiyi xarici nömrəyə zəng vurub danışdım. Maqsuda bildirdim ki, yaydığı məlumatlar həqiqəti əks etdirmir. Həm də ailəmdə və tanıdığım şəxslər arasında lazımsız söz-söhbətə səbəb olur.
Bir müddət sonra Maqsud həmkarlarım-Manaf Ağayev və Afət Fərmanqızı haqqında da oxşar məlumatlar yaydı. Manaf və Afət xahiş etdilər ki, onları Maqsudla danışdırım. Üçümüz Maqsudla görüntülü danışdıq və xahiş etdik ki, sənət adamları barəsində belə şeylər yaymasın. Bir müddət sonra Maqsud mənə zəng edərək təcili 1000 manat lazım olduğunu, pulu verməsəm, yutubda mənim özümdən yaşca böyük qadınla nikahdankənar münasibətdə olmağımı və məni nüfuzdan salacaq rüsvayedici məlumatlar yayacağını dedi. Bildirdi ki, videoda ağır ittihamlar olacaq və məni elə hörmətdən salacaq ki, çölə çıxmağa üzüm olmayacaq. İllərdir qazandığım hörmət yerə dəyməsin deyə, Maqsudun hədə-qorxusuna inanıb razılaşdım. Pulu göndərdiyi bir adama verdim. Pulu verəndən sonra Maqsud daha haqqımda heç bir məlumat yaymadı. Onun tutulub Azərbaycana gətirildiyini öyrənəndən sonra şikayət etmək qərarına gəldim”.
Müğənni Afət Fərmanqızı isə ifadəsində bildirib ki, yutubda Maqsud Mahmudovun onun barəsində yaydığı videonu görəndən sonra müğənni tanışı Manaf Ağayevdən kömək istəyib: “Manaf mənə Vasif Məhərrəmlinin bu işdə kömək göstərə biləcəyini dedi. Üçümüz vatsapdan Maqsuda görüntülü zəng elədik. O, mənim oğlumun atasının kimliyinin bəlli olmadığını demişdi. Mənim oğlum yetkinlik yaşındadır və bunu görüb depressiv hala düşmüşdü. Hətta özünə qəsd edəcəyindən də ehtiyat etmişdim. Bir müddət sonra Maqsud zəng edib maddi sıxıntıları olduğunu dedi. Bildirdi ki, mənim gürcüstanlı bir adamla intim görüntülərimi əldə edib.
Dedi ki, “1000 manat versən, görüntüləri yaymayacağam”. Amma mənim heç bir gürcüstanlı şəxslə yaxın münasibətim olmadığından Maqsudun hədə-qorxu ilə 1000 manat pul almağa çalışdığını başa düşdüm. Ona görə də pulu verməkdən imtina etdim. Bir neçə gün sonra Maqsud yutubda mənim guya Paşa adlı gürcüstanlı şəxslə intim görüntülərim olduğunu deyərək video yaydı. Daha sonra Ukraynanın səlahiyyətli şəxslərinə müraciət edib Maqsud Mahmudovun qanunsuz əməlləri barədə məlumat verdim. Bir müddət sonra da onun tutularaq Azərbaycana gətirildiyini gördüm”.
Qeyd edək ki, külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov ötən ilin sentyabrında Ukraynada saxlanılıb. Azərbaycana təhvil verilən Mahmudovun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir./qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar