Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ərini öldürən qadına İNANILMAZ CƏZA

Tarix: 27-12-2021 17:15     Baxış: 3216 A- / A+


Ərini öldürən qadına  İNANILMAZ CƏZA
Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az apa-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.
S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar