Xəbər lenti
Həbsdə öldüyü deyilən generalla bağlı ŞOK FAKTLAR: Saxladıqları şəxsin arvadını və qızını...
Naxçıvanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edən, Eldar Mahmudovun bandasının üzvlərindən olan general Vəli Ələsgərovun saxlanıldığı həbsxanada öldüyü haqda xəbərlər yayılıb. Belə xəbərlər artıq ikinci gündür yayılsa da, müvafiq rəsmi instansiyalar onu nə təsdiq, nə təkzib etməyib. Vəli Ələsgərovun vəkilinin və ailə üzvlərinin də xəbərə münasibəti məlum deyil.
Penitensionar Xidmətin mətbuat katibi Mehman Sadıqov virtualaz.org-a V.Ələsgərovun öldüyü barədə xəbəri nə təsdiq, nə təkzib edib. Bildirib ki, onlarda bu barədə informasiya yoxdur və Ələsgərovun vəkilinə müraciət etmək məsləhətdir.
Vəli Ələsgərov Naxçıvan MTN-inə rəhbərlik etdiyi dövrdə saxlanılan şəxslərə qarşı qeyri-insani, vəhşi işgəncələr verməsi ilə tanınırdı. Hətta o özü şəxsən işgəncə prosesində iştirak edirdi, qurbanlar isə həm sadə vətəndaşlar və iş adamları, həm vətəndaş cəmiyyəti fəalları olurdu.
Bir neçə il əvvəl isə KİV-lər Vəli Ələsgərovun göstərişi ilə saxlanılan Qıvraq kənd sakini ilə bağlı dəhşətli əhvalat haqda yazmışdı. Həmin şəxsə uzun müddət işgəncə veriblər, məcbur etməyə çalışıblar ki, törətmədiyi cinayəti boynuna alsın. Lakin o, işəngəncələrə dözüb və ifadə verməyib, bunu görəndə general əmr edib ki, həmin adamın arvadını və qızını tutub MTN təcridxanasına gətirsinlər. Ələsgərovun cəlladları bu əmri yerinə yetirirlər və saxlanılan şəxsin arvadı ilə qızını tutub təcridxanaya gətirirlər, həmin adamın gözü qarşısında soyundururlar, zorlamaqla hədələyirlər. Buna dözməyən Qıvraq sakini tələb olunan ifadəni imzalamalı olur.
Lakin Vəli Ələsgərov təkcə sıravi vətəndaşlara, iş adamlarına və vətəndaş cəmiyyəti fəallarına işgəncə vermirdi. Sonradan məlum olmuşdu ki, o Eldar Mahmudovun göstərişi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu da izləyib, barəsində kompomotlar toplayaraq Bakıya ötürüb. E.Mahmudovun bandası dağıdılandan sonra 2016-cı ilin aprelində V.Ələsgərov da həbs edildi və bu dəfə təcridxanada onun özünə işgəncələrin verildiyi, alçaldığı məlum olmuşdu. Daha sonra köçürüldüyü həbsxanada isə generalın tualetləri təmizlədiyini görənlər olub.
V.Ələsgərov vəzifə səlahiyyətlərindən su-istifadə, mənimsəmə, rüşvət və digər cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar