Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdaş sakini girov götürüldü - Valideynindən 10 min tələb edildi

Tarix: 22-08-2016 14:50     Baxış: 2322 A- / A+
Ağdaş sakini girov götürüldü

Azərbaycan vətəndaşı Rusiyanın Moskva şəhərində girov götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Araşdırma aparılır.

Qeyd edək ki, Ağdaş sakininin girov götürülməsi faktının bəzi detalları məlum olub.

Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.

Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.

Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar