Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Lotu Qulinin rəqibinə böyük zərbə: "Yaxın adamı “qanuni oğur” titulunu itirdi

Tarix: 11-11-2021 14:32     Baxış: 3199 A- / A+
Lotu Qulinin rəqibinə böyük zərbə:
Rusiya həbsxanasında cəza çəkən nüfuzlu "qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) klanına daxil olan Aslan Kobuladze (Aslan Batumski) kriminal aləmin ali titulundan məhrum edilib. 
Manevr.az xəbər verir ki, Şakro Molodoyun əsas rəqibi hesab edilən Tariel Oniani (Taro) və Merab Canqveladzenin (Merabn Suxumski) liderlik etdiyi Oniani-Canqveladze klanı Kobuladzenin artıq "qanuni oğru” olmadığını bəyan edib.
Aslan Kobuladze ilə bağlı qərar Türkiyənin Kəmər qəsəbəsində keçirilən "sxodka”da verilib. Kobuladze də həmin "sxodka”da iştirak edib. Ora toplaşan "qanuni oğru”ların Aslan Kobuladzeyə ilk sualı "yox”a çıxması ilə bağlı olub. Məlumat üçün deyək ki, bundan əvvəl də Kobuladze "sxodka”ya çağırılıb. Lakin o çağırışa məhəl qoymayıb. Bir müddət sonra isə ortalıqdan itib. 

Aslan Batumski
Kobuladze birinci "sxodka”dan imtina edəndə ona "qanuni oğru” kimi yanaşılmırdı. Lakin kriminal qaydalara görə hansısa "qanuni oğru”nun bu tituldan məhrum edilməsi müzakirə mövzusu olanda həmin kriminalitet də "sxodka”da iştirak etməli, barəsindəki ittihamlar onun üzünə deyilməli, bu ittihamlara aydınlıq gətirməsi tələb olunmalı və sonra nəticəyə uyğun qərar verilməlidir. Bu baxımdan, Oniani-Canqveladze klanı Aslan Kobuladzenin "sxodka”ya gəlməsində israrlı idi. 
Nəhayət, Kobuladze "sxodka”ya gəlib və barəsindəki ittihamlara aydınqlıq gətirə bilməyib. Bundan sonra "sxodka”ya toplaşanlar onun artıq "qanuni oğru” olmadığını bildiriblər. Kobuladze və tərəfdarları qərarı sükutla qarşılayıb və heç bir müqavimət göstərməyiblər. Hətta iddia edilir ki, "sxodka”da Kobuladzeni şillə ilə vurublar.
Kobuladzenin hədəfə gəlməsi onun "obşak”ın pullarına nəzarəti oğluna tapşırmasıdır. Bu addım kriminal qaydalara ziddir. Digər tərəfdən, Aslan Kobuladzenin "qara pulları” təyinatı üzrə xərcləmədiyinə şübhələr yaranıb. Bu isə "Şakro Molodoy"a zərbə endirmək üçün əla fürsətdir.
Bəzi məlumatlara görə, Kobuladzenin "qanuni oğru” titulundan məhrum edilməsi "Şakro Molodoy"un sıradan çıxarılmasına hesablanıb. Oniani-Canqveladze klanı "Şakro Molodoy"a yaxın bir neçə "qanuni oğru"nu bu və ya digər formada sıradan çıxarıb. Ehtimal olunur ki, Kobuladze ilə bağlı məsələ "Şakro Molodoy"un tituldan məhrum edilməsinə qədər uzana bilər. Yaxın vaxtlarda Kobuladzenin vurulmasına səbəb olan "obşak”ın pulları ilə bağlı "Şakro Molodoy"a ittihamların ünvanlanacağı gözlənirlir.
"Şakro Molodoy" ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğur” Nadir Səlifovun (Lotu Quli) əsas rəqiblərindən biri idi.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar