Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda DƏHŞƏT: kişinin qollarını bağlayıb "lezvaladılar"

Tarix: 16-10-2021 15:28     Baxış: 5229 A- / A+


Azərbaycanda DƏHŞƏT:   kişinin qollarını bağlayıb "lezvaladılar"

Oktyabrın 15-də gecə saat 23 radələrində Sabirabad rayon Polis Şöbəsinə rayonun Cəngan kənd sakini Hikmət Məmmədovun küt və kəsici alətlərlə döyülmə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. 
Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar aparılan araşdırmalarla H.Məmmədova xəsarət yetirən şəxslər və hadisənin səbəbi müəyyən edilib.
Qeyd olunur ki, Cəngan kənd sakini Səxavət Məmmədov aralarında yaranmış münaqişə zəminində H.Məmmədovu cəzalandırmaq qərarına gəlir. O, bu məqsədlə həmyerliləri olan qohumları - həyat yoldaşının dayısı Ziyad Məmmədov, qayınları Kərim və Nəbi Quluyev qardaşları ilə birlikdə H.Məmmədovun iş yerinə gələrək onun qollarını bağlayıb ağac və kəsici alət olan ülgüclə ona ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.
Yaralı iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən dörd nəfər saxlanılıb. 
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar