Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq rəis müavininin oğlu direktoru niyə qətlə yetirdi? - DETALLAR

Tarix: 09-10-2021 12:25     Baxış: 4226 A- / A+
Sabiq rəis müavininin oğlu direktoru niyə qətlə yetirdi? - DETALLAR
Xəbər verdiyimiz kimi, dünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq öldürüb.
Manevr.az bildirir ki, qaynarinfo-ya Ziyad Əhmədovun öldürülməsi ilə bağlı bəzi məlumatlar daxil olub.
Belə ki, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.
Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona "sən niyə işə gəlmirsən?” iradını bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb.
Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Biraz keçdikdən sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.
Goranboy rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib: 
"İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma biraz keçdikdən sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı. O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adam bıçaqlayıb öldürərlər? İşə gəlirsən gəl. Gəlmirsənsə çıx get. Kim səni məcbur edib? ”.
Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub: 
"Ziyad Əhmədovun ailəsi-uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar