Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kiprdə tutulan azərbaycanlı killer İranla İsraili üz-üzə qoydu – Onu kim göndərib?

Tarix: 07-10-2021 17:26     Baxış: 4162 A- / A+
Kiprdə tutulan azərbaycanlı killer İranla İsraili üz-üzə qoydu – Onu kim göndərib?

Kiprdə sentyabrın 27-də tutulan, bu ölkədə israilli biznesmenləri öldürmək üçün göndərilən azərbaycanlı killer ətrafında müəmma davam edir. İsrail KİV-ləri xəbər verir ki, Rusiya pasportu daşıyan 38 yaşlı muzdlu qatil bu günə qədər polisin heç bir sualına cavab verməyib. Ötən gün məhkəmə onun həbs müddətini uzadıb və araşdırma davam edir. 
İsrail hökuməti və müdafiə naziri bundan əvvəl bəyan etmişdi ki, killer Kiprə İranın xüsusi xidmət orqanları tərəfindən göndərilib, onun məqsədi israilli iş adamlarını öldürmək olub. Killerin hədəfində olanlardan biri də Kiprdə və Londonda yaşayan israilli milyarder, 5.6 milyard dollar sərvətə malik olan Tedi Saqidir.

İran isə bu işdə əlinin olduğunu inkar edir. "Jerusalem Post” nəşrinin yazdığına görə, İranın Kiprdəki səfirliyi əhvalatdan xeyli keçmiş-ötən gün ilk dəfə iddialara cavab verib. Bu iddiaları "sionist rejimin İranın ünvanına yönəlmiş növbəti əsassız ittihamı” adlandırıb.
 
"Bu rejim həmişə İslam Respublikasının ünvanına bu cür əsassız ittihamlar irəli sürür və hər hansı sübut olmadan İrana qarşı mənfi atmosfer formalaşdırmağa çalışır”,-səfirliyin bəyanatında deyilir.
 
"Fars” agentliyi isə qeyd edir ki, bir tərəfdən İsrail mediası killerin milyarder Tedi Saqinin rusiyalı ortağı tərəfindən borc məsələsinə görə onu öldürmək üçün göndərildiyini yazır, digər tərəfdən isə İsrail hökuməti İrana qarşı belə ittihamlar irəli sürür.
 
Kipr polisi də hələlik hücum planının arxasında İranın dayandığını təsdiq etmir. Polisin son məlumatına görə, killer öz hədəflərini vurandan sonra elektrosamokatla adanın türk hissəsinə qaçmağı planlaşdırmışdı. Killerin adanın yunan hissəsində qaldığı yer təsbit edilməyib, bu baxımdan ehtimal edilir ki, o adanın şimal hissəsində qalıb. İndi polis killerin telefon məlumatları əsasında onunla əlbir olan şəxsləri müəyyən etməyə çalışır, bu şəxslərin adanın türk hissəsində olduqları təxmin edilir.
 
İsrail mətbuatı Kiprdəki bu qəsd planının İranın Azərbaycanla münasibətlərində gərginliyin yaşandığı vaxta təsadüf etdiyini xatırladır. Və bildirir ki, İran Azərbaycanı İsraillə münasibətlərinə görə sıxışdırmağa çalışır./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar