Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda arvadını qətlə yetirən polisi hansı cəza gözləyir?

Tarix: 01-10-2021 11:05     Baxış: 3173 A- / A+
Bakıda arvadını qətlə yetirən polisi hansı cəza gözləyir?

Ötən gün Bakıda polis əməkdaşının həyat yoldaşını polis bölməsində güllələyərək öldürməsi cəmiyyətdə ajiotaj yaradıb.

Manevr.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı öldürüb.

27 yaşlı qadın aldığı güllə yaralarıdan hadisə yerində dünyasını dəyişib. Bəs bu cinayəti törədən polis əməkdaşını hansı cəza gözləyir?

Əvvəlcə bildirək ki, hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) əsasən, həmin şəxsi on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar