Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sevgilisinin boğazını kəsən kişidən yeni xəbər

Tarix: 24-09-2021 09:39     Baxış: 3154 A- / A+
Sevgilisinin boğazını kəsən kişidən yeni xəbər

Bakıda sevgilisinin boğazını kəsən Ramil Rəhmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Manevr.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.

Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.

Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.

Qonşuların sözlərinə görə, Ramil Rəhmanov bir neçə il əvvəl həyat yoldaşından ayrılıb, daha sonra adı çəkilən qadınla münasibət qurub.

Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar