Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid atası qudasını öldürdü - BU SƏBƏBƏ görə...

Tarix: 23-09-2021 11:21     Baxış: 4164 A- / A+
Şəhid atası qudasını öldürdü - BU SƏBƏBƏ görə...

Xəbər verdiyimiz kimi, ötən gün Goranboy rayonunda Buzluq kənd sakini, Vətən müharibəsi şəhidi gizir Vüsal Nağıyevin atası 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin idarə etdiyi “VAZ 2121” markalı avtomobillə qudası, 1966-cı il təvəllüdlü Qasımov Fərrux Əliş oğlunu vurub öldürüb.

Manevr.az
xəbər verir ki, publika.az hadisənin bəzi təfərrüatlarını öyrənib.

Saytımıza danışan Fərrux Qasımovun yaxın qohumu Ədalət Qasımov bildirib ki, qətl şəhid Vüsal Nağıyevin onun adına verilən küçədə yerləşdiriləcək plakatına görə törədilib: “Fərruxun şəhid kürəkəninə Goranboyda küçə adı verildi. O da yeznəsi üçün həmin küçədə yerləşdirmək məqsədilə plakat hazırlatdırırmış. Fərrux Vüsalın plakatını küçənin giriş hissəsində qoymaq istəyib. Əmiraslan isə deyib ki, sən mənim oğlum üçün plakat hazırlatdıra bilməzsən. Şəhidin atası Fərruxa posteri düzəltməməsini təkid edib. Fərrux isə bunun səbəbini soruşub. Bildirib ki, bunu Vüsalın həyat yoldaşı, qızım istəyib, mən də düzəltdirirəm. Belə olduqda isə aralarında münaqişə yaranıb, Əmiraslan qudasını vurub.

Sonra isə Fərrux yolla evə getdiyi yerdə Əmiraslan arxadan onu maşınla vurub. Amma öldürmək məqsədi olmayıb. Quda idilər, yad adam deyillər. Fərruxun qızı onlarla qalmır. Hazırda şəhidin həyat yoldaşı valideynləri ilə birgə yaşayır”.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar