Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Öldürülən azərbaycanlı tələbənin anası qatilə ölüm hökmü tələb edir

Tarix: 16-09-2021 18:17     Baxış: 3145 A- / A+
Öldürülən azərbaycanlı tələbənin anası qatilə ölüm hökmü tələb edir

Volqoqradda 17 yaşlı azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatır. Gələn həftə tərəflər artıq üzləşəcək.

Manevr.az-ın məlumatına görə, 2020-ci ilin iyun ayında 20 yaşlı Vitali Vasilyev Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi Timur Qavrilovu küçənin işıqsız yerinə apararaq ona biçaqla hücum edib. 17 yaşlı tələbənin bədənində təxminən 20 bıçaq yarası aşkarlanıb. Qatil cinayət yerindən qaçıb.

Lakin bir qədər sonra Volqoqrad şəhərinin qubernatoru Andrey Boçarov Qavrilovun qatili haqqında məlumat verənə 1 milyon rubl vəd etdiyindən sonra, Vitali Vasilyevi tezliklə polisə təhvil verilib. Vəhşi qətldə şübhəli bilinən Vasilyev Timur Gavrilovu irqi nifrət zəminində öldürdüyünü etiraf edib.

“Tərəflər sentyabrın 21-i üzləşəcək. Ən çox qorxduğum odur ki, bu əclafa yüngül cəza verərlər. Mənim son sözüm dəyişməz olaraq qalır – oğlumun qatilinə ömürlük həbs cəzası tələb edirəm”, - deyə bıçaqlanan 17 yaşlı tələbə Timur Gavrilovun anası deyib.

Bir il sonra Timurun anası yenə Volqoqrada gəlib ki, yeganə uşağını öldürənlə üz-üzə gəlsin: “Məhkəməyə oğlumun kimsəsiz olmadığını göstərmək üçün gəlmişəm. Mən onun anasıyam və hətta ölümündən sonra da onun üçün özümü oda atmağa hazıram. Oğlumun qatilinə ölüm hökmü tələb etmək istəyirəm. Mənə elə gəlir ki, bizim yaşadığımız dünyada artıq insanlıq, mərhəmət deyilən heçnə yoxdur. Vasilyevin cəmi 22 yaşı var. Onu azadlığa buraxanda, tutaq ki, 44 yaşı olacaq, onda o nə edəcək? Yenə kiminsə uşağını öldürəcək? Hazırda Kazanda da bunun kimi faşist bir neçə uşağı güllələyib”, - İrina Qavrilova deyib./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar