Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır

Tarix: 18-08-2021 12:13     Baxış: 4141 A- / A+
Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun vəziyyəti yaxşıdır.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında onun vəkili İlqar Əliyev deyib. Onun sözlərinə görə, deputat saxlanma şəraitindən razıdır.

15 gündür 8 nəfərlik kamerada saxlanılan parlamentarinin deputatlarla telefon əlaqəsi saxlamasına gəlincə, vəkil bu barədə məlumatsız olduğunu söyləyib:

“Vəziyyəti yaxşıdır. Deputatlardan onunla maraqlanan və ya görüşən olub-olmadığı barədə heç bir məlumatım yoxdur”.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Onun kamera yoldaşlarından biri “Müsəlman Birliyi” hərəkatının üzvü Razi Hümbətovdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar