Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şəmkirli biznesmenin qətli: killerin ortağının kimliyi bilindi

Tarix: 10-08-2021 20:51     Baxış: 4145 A- / A+
Şəmkirli biznesmenin qətli: killerin ortağının kimliyi bilindi

Ukrayna polisi avqustun 3-də Odessa şəhərində azərbaycanlı sahibkarı qətlə yetirən killerin cinayət ortağının şəxsiyyətini müəyyən edib.

Həmin şəxs 35 yaşlı Gürcüstan sakini, Rusiya vətəndaşlığına malik olan Qurbanov Roman Bayram oğludur.

Xəbər verildiyi kimi, həmin gün 25 yaşlı Laçın Məmmədov Odessada yaşadığı binanın həyətində güllələnib. Qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Laçın Məmmədov Şəmkir rayonunun İrmaşlı kəndinin sakini olub və Odessada kifayət qədər imkanlı şəxs olan atasının biznesini idarə etdiyi deyilir.

Hadisədən iki gün sonra hüquq-mühafizə orqanları bu sifarişli qətli törədən killerin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, həmin şəxs Gürcüstanın Qardabani rayonundan olan Elmuraz Məmmədovdur və qətldən bir həftə əvvəl Odessaya Polşadan gəlib, qurbanını izləməyə başlayıb. Daha sonra Elmuraz Məmmədovun Kiyevdə tutulduğu haqda xəbərlər yayılsa da rəsmən bu barədə heç nə deyilmir.

Lakin o bildirilir ki, Roman Qurbanov da Elmurazla birlikdə Odessaya bir həftə əvvəl gedib və onlar öz aralarında rolları bölüblər-Roman sürücülüyü və qurbanı izləməyi üzərinə götürüb, Elmuraz isə tapança-pulemyotdan ona atəş açıb. Polis mənbələri bildirirlər ki, cinayət vaxtı Roman “Mercedes” avtomobilinin sükanı arxasında hazır gözləyib, Laçın Məmmədov binanın həyətinə daxil olan kimi Elmuraz ona atəş açıb və həmin avtomobillə hadisə yerindən qaçıb. Daha sonra avtomobili Odessa küçələrindən birində atıb gediblər. Hər iki şəxs axtarışa verilib.

Sifarişli qətlin motivinin azərbaycanlılardan ibarət kriminal qruplaşmalar arasında çəkişmə olduğu təxmin edilir. Bəzi məlumatlara görə, Laçın Məmmədovu qətldən əvvəl hədələyiblər və ondan sanballı məbləğdə haqq tələb ediblər. İmtina etdiyi üçün onun qətlinə qərar verilib./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar