Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polkovnikdən şok Lənkəranski iddiası: “Ded Xasanın qətlindən sonra...”

Tarix: 25-07-2021 15:52     Baxış: 3146 A- / A+
Polkovnikdən şok Lənkəranski iddiası: “Ded Xasanın qətlindən sonra...”

Kriminal aləmdə Hacı Beyləqanski adı ilə tanınan azərbaycanlı Hacıbaba Talıbxanlı Rusiya yeraltı dünyasının lideri Aslan Usoyanın (Ded Xasan) ən yaxın adamı İlqar Əliyevin (Danabaş) qətlinə görə “qanuni oğru” adı alıb.

Manevr.az xəbər verir ki, bu barədə Moskva ədliyyə xidmətinin polkovniki Aleksey Pişulin açıqlama verib.

Azərbaycanlı “qanuni oğru” İlqar Danabaş 2012-ci il aprelin 29-da Moskvanın mərkəzində, Presnenski Val küçəsində öldürülüb. Olaydan bir il keçməmiş, 2013-cü ilin yanvarında Ded Xasan paytaxtda vurulub. Ded Xasanın dəfn mərasimindən qısa müddət sonra hüquq-mühafizə orqanlarına yeni məlumatlar daxil olmağa başladı. Bu məlumatlar Danabaşın qətlinin açılmasına imkan yaratdı.

“İstintaq 2012-ci ilin dekabrında BƏƏ-də keçirilən “sxodka”da mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin o vaxt 30 yaşında olan Hacıbaba Talıbxanını, yəni Hacı Beyləqanskini “qanuni oğru” kimi taclandırdığını üzə çıxarıb. Lənkəranski nüfuzlu “sxodka”da açıq şəkildə Hacının onun yaxın adamı olduğunu və Danabaşı qətlə yetirdiyi üçün “oğru” adına layiq görüldüyünü söyləyib”, - Puşilin bildirib.

Onun iddiasına görə, Danabaşın ölümündən sonra Hacı Beyləqanski Moskvadakı meyvə-tərəvəz bazarlarını nəzarətə götürüb.

36 yaşlı Beyləqanski 2018-ci il mayın 31-də Moskva Cinayət Axtarış İdarəsi tərəfindən saxlanılıb. İstintaqa görə, o, 2012-ci ilin aprelində Moskvada “qanuni oğru” İlqar Əliyevi tapança ilə vurub./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar