Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Lotu Quli”nin qətlində Rövşən Lənkəranskinin qardaşı şübhəli bilinir

Tarix: 03-07-2021 15:42     Baxış: 3225 A- / A+
“Lotu Quli”nin qətlində Rövşən Lənkəranskinin qardaşı şübhəli bilinir

Xəbər verildiyi kimi, Türkiyə polisi "Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.


Eyni zamanda dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə yaxın olan şəxslər saxlanılıb.

Polis jurnalistlərə Nadir Səlifovun qətlə yetirilməsindən dərhal sonra şübhəlilərin hoteldən qaçdığı videogörüntüləri təqdim edib. Türkiyə KİV-in məlumatına görə, Namiq Canıyevin saxlanılmasına dair xüsusi əməliyyat başlanıb. Qeyd edək ki, N. Canıyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Keşlə yük stansiyasının gömrük postu rəisi vəzifəsində çalışıb, gömrük polkovniki rütbəsi daşıyıb.

Türkiyə KİV-ləri xatırladır ki, "Lotu Quli” Rövşən Lənkəranskinin qətlinin sifarişçisi hesab olunurdu.

"Lotu Quli”nin özü ötən ilin avqustunda Antalyada otellərin birində güllələnib. Onu yaxın adamı Xəqan Zeynalov (Xan Əhmədlinski) qətlə yetirib. O, hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərərkən saxlanılıb.

Səs-küylü cinayətdən dərhal sonra belə bir versiya ortaya çıxdı ki, "kriminal kral”ın aradan qaldırılmasının arxasında Azərbaycanın digər kriminal avtoriteti – 2016-cı ildə qətlə yetirilmiş Rövşən Lənkəranskinin klanı dayanır.(virtualaz.org)

Manevr.az


“Lotu Quli”nin qətlində Rövşən Lənkəranskinin qardaşı şübhəli bilinir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar