Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hərbi hissə komandiri HƏBS EDİLDİ

Tarix: 30-06-2021 16:32     Baxış: 3341 A- / A+
Azərbaycanda hərbi hissə komandiri HƏBS EDİLDİ


"Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi İlham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub”.

Manevr.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov özünün şəxsi feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, cinayət işinə buraxılmağına və şübhəli şəxslə görüşməyi üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib.

"Müstəntiq İlham Babayev hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyimi təmin etmək əvəzinə gizlincə sonuncu ilə görüşərək özünün istifadə etdiyi mobil telefon vasitəsilə şübhəli şəxsi qohum ilə danışdırıb məndən imtina etməsinə cəhd göstərib. Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR Hərbi Prokuroru Xanlar Vəliyev və onun müavini Şəfayət İmranovun iş metodlarından biri isə hərbçiləri müdafiə hüququndan məhrum etməkdir”,-deyə A.Məmmədov qeyd edib.

Qeyd edək ki, saxlanılan hərbi hissə komandirinin kimliyinə gəlincə, vəkil ad açıqlamayıb./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar