Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşət: Ər arvadını elektrik naqili ilə boğaraq öldürdü

Tarix: 03-06-2021 11:01     Baxış: 4178 A- / A+
Bakıda dəhşət: Ər arvadını elektrik naqili ilə boğaraq öldürdü

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilmişdir.
Mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürmüşdür.

Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar