Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Akif Çovdarovun məhkəməsində qalmaqal - vəkillər susur

Tarix: 20-02-2017 17:51     Baxış: 3226 A- / A+
Akif Çovdarovun məhkəməsində qalmaqal


Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Cahangir Alışov ifadə verib.

İstintaqa ifadəsini təsdiq edən C.Alışov 2010-cu ilin may-iyun ayların "Yeni Yasamal" MTK-nın sədri olub.

O, deyib ki, MTN-dən zəng edərək MTK-nın layihə-smeta sənədlərini götürüb Akif Çovdarovun yanına gəlməlidir.

Həmin vaxt MTK-nın rəhbəri Nəsib Əliyev olub. N.Əliyev hazırda dələduzluğa görə həbs edilib.

"Məndən Nəsib Əliyevin "Yeni Yasamal" MTK-da payının olub-olmadığını soruşdu. Dedim ki, MTK-da 33 faiz payı var. Alı “rəhbərliyin göstərişi var, Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilməlidir” dedi. Akif Çovdarovla onun otağında görüşdüm. Akif Çovdarov mənə "get sənədləri imzala, 500.000 manat da pul verəcəksən, artıq problem yaratma, başa düşdün, get nə deyirlər icra elə" deyərək məni yola saldı.

Zərərçəkmiş deyib ki, Çovdarovun tələbi ilə MTK-dan 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi onun dediyi adamların adına rəsmiləşdiriblər.

C. Alışov daha sonra ifadəsində bildirib ki, MTK-nın icraçı direktoru Nadir Feyziyev 2 gün ərzində MTN-in nəzarət buraxılış məntəqəsinin inzibati binasında saxlanılıb: "Nadir Feyziyev MTN-dən buraxıldığı gün Alı Akif Çovdarovun adından bildirib ki, 500 min manat, "Yeni Yasamal" MTK-nın inşa etdiyi binadan isə 6 mənzil və 1 qeyri-yaşayış sahəsi də verilməlidir. Səbəbini soruşanda dedilər ki, MTK işlədib, haqq vermirik. Biz də cəmi 100 və ya 150 min manat verə biləcəyimizi dedik. Nadir Feyziyev 350 min verməyə razılaşdı".

C.Alışov qorxduğu üçün MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Məhkəmə prosesindən sonra Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırmaq istəməyiblər. Bu günə qədr məhkəmə proseslərinin gedişi ilə bağlı mətbuata açıqlama verməkdə maraqlı olan vəkillər bu dəfə susmağı seçiblər. Səbəbini isə izah etmək istəməyiblər. Əldət etdiyimiz məlumata görə hakim Həbib Həsənovla Kamandar Nəsibov arasında mübahisə düşüb.

Məhkəmə prosesi günün ikinci yarısından sonra da davam etdirilir.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar