Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşətli qətl: Qız anasını pula görə öldürdü

Tarix: 27-05-2021 12:31     Baxış: 4159 A- / A+
Azərbaycanda dəhşətli qətl: Qız anasını pula görə öldürdü

2020-ci il oktyabrın 09-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Mingəçevir şəhər prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

Sədaqət Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib./olkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar