Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Anarı güllələyən Cabbar peşəkar idmançıdır - ŞƏKİL

Tarix: 28-04-2021 09:22     Baxış: 4214 A- / A+
Anarı güllələyən Cabbar peşəkar idmançıdır - ŞƏKİL


Aprelin 24-də Ukraynanın Dnepr şəhərinin mərkəzində 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer – Yusifov Cabbar Asif oğlu haqqında yeni məlumatlar üzə çıxıb.

Manevr.az
xəbər verir ki, 27 yaşlı Azərbaycan vətəndaşı Cabbar Yusifov (Azərbaycanda idman sahəsində Cabbar Nəcəfov kimi tanınır) Rusiyada əlbəyaxa və qarışıq döyüşlərlə məşğul olub, pankration üzrə Rüsiya birinciliklərində dəfələrlə qalib gəlib, daha sonra Azərbaycana köçüb, burada yunan-Roma güləşi ilə məşğul olub, Azərbaycan çempionatında, dünya və Avropa birinciliklərində qalib gəlib, 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edib, gümüş medal qazanıb. Cabbar 2016-cı və 2018-ci illərdə Krımda qarışıq döyüş növləri üzrə turnirlərdə və Krasnodarda döyüş turnirində iştirak edib.

Ukraynaya gəldikdə isə, qətldən iki ay əvvəl əsəbi olması ilə diqqət çəkən Cabbar Yusifov (Nəcəfov) hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışdı. Məhkəmə materiallarında bildirilir ki, polisləri görən Cabbar gödəkçəsinin cibindən tapança çıxarıb və ondan qurtulmağa çalışıb.

Kiyevin Peçerski Rayon Məhkəməsi ona 181,6 min qriven girov müqabilində azadlığa buraxılması imkanı ilə həbsdə saxlama şəklində qətimkan tədbiri seçib. Çox güman, o, onu ödəyib, çünki 2 aydan sonra qətl törətdiyi yerdən qaçarkən müşahidə kameralarının obyektivlərinə tuş gəlib. Hazırda Cabbarın axtarışları davam etdirilir.

Qeyd edək ki, C.Yusifovun (Nəcəfov) qurbanı A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən avtomobildə Anar Məmmədovun azyaşlı oğlu da olub. (qafqazinfo)

Manevr.az


Anarı güllələyən Cabbar peşəkar idmançıdır - ŞƏKİL
Anarı güllələyən Cabbar peşəkar idmançıdır - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar