Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin qızına cinayət işi açıldı - SƏBƏB

Tarix: 27-04-2021 18:05     Baxış: 3146 A- / A+
Xalq artistinin qızına cinayət işi açıldı - SƏBƏB

Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb.

Manevr.az-ın məlumatına görə, xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur.

T. Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T. Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

T. Sadıqova barəsində cinayət işinin istintaqı başa çatıb, iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib.

İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən var./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar