Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

MMC-də ölüm hadisəsi: cinayət işi başlanıldı

Tarix: 05-04-2021 10:36     Baxış: 2158 A- / A+
MMC-də ölüm hadisəsi: cinayət işi başlanıldı


Aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Baku Steel Company MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Şahin Qələndər oğlu Babayevin idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manevr.az Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü kimi işləyən Şahin Babayevin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar