Xəbər lenti
Adam oğurluğu, quldurluq - Nəcəfovlar ailəsinə qarşı törədilən cinayətlər

Bakıda adam oğurluğunda təqsirli bilinən dəstənin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Osman Nəcəfov, Asif Abasov, Fərid Abdullayev, Kənan Xəlilov və Amid Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Həbs edilən şəxslərin daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub. İttihama görə, təqsirləndirilən şəxslər bir neçə nəfəri oğurlamaqda, onlara qarşı zorakılıq etməkdə, şantaj yolu ilə pul tələb etməkdə ittiham olunurlar.
Bundan başqa, dəstənin “Layt OİL” MMC-yə silahlı basqın etməsi də müəyyən olunub.
Cinayət işi üzrə Mais Nail oğlu Nəcəfov, onun qardaşı, Rüfət Nail oğlu Nəcəfov və Mais Nəcəfovun oğlu Nail Nəcəfov zərərçəkmiş qismində tanınıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu yolu ilə tələb etmə maddələri ilə ittiham irəli sürülüb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar