Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"İşin başında Rövşən Əkbərov dayanır" - oğlu qətlə yetirilən ana danışdı

Tarix: 16-03-2021 16:31     Baxış: 3187 A- / A+
"İşin başında Rövşən Əkbərov dayanır" - oğlu qətlə yetirilən ana danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində ittiham edilir.

Manevr.az-ın məlumatına görə, mərhum E. Əliyevin anası Səmayə Əliyeva hit.az-a açıqlamasında oğlunun ölümündə R.Əkbərovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovu da ittiham etdiyini deyib.

"İşin başında Rövşən Əkbərov dayanır" - oğlu qətlə yetirilən ana danışdı


S.Əliyeva bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. “İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq.

İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Xatırladaq ki, rəsmi məlumata görə, R. Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar