Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər

Tarix: 16-03-2021 14:18     Baxış: 4128 A- / A+
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər

General Rövşən Əkbərovun həbsi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov üçün ciddi başağrısına çevrilə bilər.

Manevr.az xəbər verir ki, generalın ittiham olunduğu qətl hadisəsində Nazim İbrahimovun ad adı keçir.

Rəsmən təsdiqlənməsə də, Rövşən Əkbərovun iş adamı Elçin Əliyevin qətlində ittiham edildiyi bildirilir. Elçin Əliyev 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. O, hadisədə, həmçinin, Nazim İbrahimovu ittiham edir.
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər

Səmayə Əliyeva hit.az-a açıqlamasında bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. "İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq”, - deyə Səmayə Əliyeva əlavə edib.
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər

O, prokurorluqda Nazim İbrahimovun da bu məsələdə təqsirkar olduğunu deyib: "İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Səmayə Əliyevanın prokurorluğa çağırılaraq ifadəsinin alınması Rövşən Əkbərovun qətl hadisəsinə görə həbs olunması barədə iddaların əsassız olmadığına şübhələri artırır. Bu halda həmin vaxt Ukraynda Azərbaycanın səfiri olan Nazim İbrahimovun da məsuliyyətə cəlb olunacağı istisna edilmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar