Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ərini yatdığı yerdə öldürən Günayla bağlı DƏHŞƏTLİ FAKTLAR

Tarix: 12-03-2021 22:57     Baxış: 4157 A- / A+
Bakıda ərini yatdığı yerdə öldürən Günayla bağlı DƏHŞƏTLİ FAKTLAR

Hüquq müdafiəçisi Mehriban Zeynalova martın 7-nə keçən gecə Yeni Suraxanıda həyat yoldaşını yatdığı yerdə qətlə yetirən qadınla bağlı bəzi faktları açıqlayıb.

Manevr.az xəbər verir ki, M.Zeynalova ailədə daim zorakılıq edən həyat yoldaşını öldürən Günay Şıxəliyevanın 15 il mütamadi zorakılığa məruz qalsa da, bir dəfə də polisə müraciət etmədiyini deyib: "5-6 il bundan öncə əri xanıma bıçaq xəsarəti yetiridiyi halda yenə də faktı gizlədib. Axrıncı dəfə qətldən əvvəl qəddarcasına döyüldüyü, hətta uşağı boğmağı deyilir (uşaq ekspertiza edilib). Qonşular bu vəhşiliyin şahidi oluduğu halda susub ( qorxurduq deyirlər). Beləcə, bu cinayətin baş verməsində susmaqla şərait yaradılıb".

M.Zeynalova qadınlara müraciət edərək deyib: "Zorakılıq gördüz dərhal polisə müraciət edin. Əgər bu xanımın mütamadi polisə müraciəti olsaydı düşünürəm onun cəzasının yüngülləşməsidən yox tam azad olmasından danışmaq olardı".

Qeyd edək ki, Martın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Ailənin 2 yeniyetmə övladı var./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar