Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

”Gəlinimdən şikayətçi deyiləm, onu bağışlayıram” - Oğlu qətlə yetirilən ata

Tarix: 09-02-2017 13:32     Baxış: 4214 A- / A+
”Gəlinimdən şikayətçi deyiləm, onu bağışlayıram”


Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin qətlində tqsirləndirilən Cəlilabad rayon sakini, 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Manevr.az saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sdərlik edib. Prosesdə zərərəçəkmiş qismində qətlə yetirilmiş Vüqar Kərimovun atası Safa Kərimov ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsi bağışladığını deyib: "Nuridə mənim gəlinimdir. Onun günahından keçmənizi istəyirəm. Gəlinimi bağışlayıram, bir övladı var. Onu azadlığa buraxın".

Daha sonra S.Kərimov şikayətçi olmadığı barədə məhkəməyə yazılı ərizə təqdim edib.

Məhkəmə prosesi fevralın 14-nə davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub.

Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar