Xəbər lenti
“O özü evdə arvadı ilə dava edir, mən dözürəm...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evində yüksək səslə musiqiyə qulaq asmasına etiraz edən qonşusunu bıçaqlayan Dmitri Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Bildirilib ki, D.Məmmədov 2016-cı ilin sentyabrında qonşusu Məmmədyar Kərimovu bıçaqlayıb. Səbəb isə sərxoş vəziyyətdə olan D.Məmmədovun evində yüksək səslə musiqi dinləməsi olub. M.Kərimov onun qapısını döyərək mahnının səsini almasını tələb edib. Bir-birini təhqir edən qonşular sonda mübahisəyə başlayıblar. Məsələni həll etmək üçün qonşular həyətdə görüşüb danışmaq qərarına gəliblər. D.Məmmədov görüşə gedərkən özü ilə bıçaq da götürüb. Binanın həyətində əlbəyaxa dava zamanı D.Məmmədov qonşusu M.Kərimovu bıçaqlayıb.
Təqsirləndirilən Dmitri Məmmədov ittiham münasibət bildirərkən istintaqın düzgün aparılmadığını deyib: “Gələn məhkəmədə ağzımı tikəcəyəm”.
Bundan sonra sərbəst ifadə verən D.Məmmədov mahnıya qulaq asmasına görə Məmmədyarla bir neçə dəfə mübahisə etdiklərini deyib: “Evdə oturmuşdum, bir də gördüm kimsə qapını təpikləyir. Açanda qonşu başladı məni söyməyə, mən də onu söydüm. Sonra həyətə düşdük, ona gücüm çatmayacağını bildiyim üçün evdən bıçaq götürdüm. Həyətdə o məni vurub yerə yıxdı, sonra da təpiklədi. Bıçağı çıxarıb qorxutmaq istədim, vurmayacaqdım”.
Bundan sonra D.Məmmədov qonşusunu dözümsüzlükdə ittiham edib: “O özü evdə arvadı ilə dava edir, söyüş söyür, mən bunların hamısını dözürdüm. Amma Məmmədyar mənim mahnıya qulaq asmağıma dözmədi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar