Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Baş prokuror İlkin Süleymanovla bağlı məhkəməyə müraciət etdi - QƏRAR VERİLDİ

Tarix: 08-02-2021 11:22     Baxış: 2166 A- / A+
Baş prokuror İlkin Süleymanovla bağlı məhkəməyə müraciət etdi - QƏRAR VERİLDİ


Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.

N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır ki, həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.
Prosessual qanunvericiliyə görə, istintaq 13 ay ərzində yekunlaşmalıdır. Cinayət işində təqsirləndirilən şəxslərin sayının çox olması, yaxud iş materiallarının çox olması səbəbindən Baş prokuror və ya onun birinci müavini zərurət olduğuna görə istintaqı daha 6 ay uzada bilər.

Manevr.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün Baş prokuror Kamran Əliyev özü fevralın 1-də Nəsimi rayon məhkəməsinə müraciət edərək istintaqın daha 4 ay uzadılmasını istəyib. Məhkəmə K.Əliyevin təqdimatını təmin edib və İ.Süleymanovun daha 4 ay həbsdə qalmasına qərar verilib. Baş prokuror müddətin artırılması zərurətini iş materiallarının çox olması ilə əsaslandırıb.

İstintaqın işi məhkəməyə göndərmək üçün bu dəfə artırılan 4 aydan əlavə 2 ay da vaxtı var. Qanun 13 aydan sonra maksimum 6 ay uzadılmaya imkan verir. Daha sonra isə ya iş sübutlarla birgə məhkəməyə göndərilməli yaxud da cinayət işinə xitam verilərək İ.Süleymanov azadlığa buraxılmalıdır.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur: "İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar