Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda gəlinini doğrayan qayınatanın qonşuları nələr dedi?-VİDEO

Tarix: 04-02-2021 18:19     Baxış: 3150 A- / A+
Bakıda gəlinini doğrayan qayınatanın qonşuları nələr dedi?-VİDEO

Yanvarın 27-də Bakının "Vorovski" adlanan məhəlləsində baş verən hadisənin təfərrüatları heç kəsə məlum olmadı.

Manevr.az bildirir ki, lent.az-ın əməkdaşı dəhşətli hadisənin izinə düşərək olayın baş verdiyi küçədən və cəsədin atıldığı ərazidən çəkiliş edib. Apardığımız araşdırma zamanı amansızlıqla qətlə yetirilən 33 yaşlı Banu Məhərrəmovanın həyat yoldaşının uzun müddətdir ki, Kanadaya getdiyini və orada qaldığını öyrəndik. Ailənin sakit və heç kəslə ədavəti olmadığı barədə məlumatı qonşulardan əldə etdik. Gediş-gəlişin az olduğu, sükut dolu küçənin sakinləri dəhşətli cinayətin dəqiq səbəblərinin onlara da sirr qaldığını dedilər. Hadisədən geriyə qalan real və üzüntülü məsələ isə Məhərrəmovlar ailəsinin 2 azyaşlı uşağının yetim qalmasıdır.

Qeyd edək ki, yanvarın 27-də gecə saat 1 radələrində Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutularından 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Hadisə sosial şəbəkə izləyicilərinin hiddətinə səbəb oldu. Cinayəti törədən şəxsin kimliyi bilinəndə isə hər kəs təəccübləndi. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirib, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olundu. O, dərhal saxlanılaraq həbs olunub. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilir.

Manevr.az
Bakıda gəlinini doğrayan qayınatanın qonşuları nələr dedi?-VİDEO




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar