Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqladı - DƏHŞƏTLİ QƏTL

Tarix: 08-01-2021 13:16     Baxış: 4189 A- / A+
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqladı - DƏHŞƏTLİ QƏTL


Bakıda qardaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Faiq Xəlilovun cinayət işi.

Hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayonun İlyas Aslanov küçəsində 32 yaşlı Məlik Xəlilov ilə 22 yaşlı qardaşı Faiq Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Faiq Xəlilov qardaşını qətlə yetirib.

Məlik Xəlilov ürəyindən bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Faiq Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə təqsirli bilinən Faiq Xəlilov ittiham üzrə özünü qismən təqsirli bilərək bildirib ki, anası, iki qardaşı və iki bacısı ilə birgə yaşadığını bildirib. O, psixatriya dispanserində qeydiyyatda olduğu üçün 50 manat təqaüd alıb. Qardaşı Məlik spirtli içki alüdəçisi olub və həmişə evdə ailə üzləri ilə dava salıb.

Yanvarın 18-də Məlik səhər yuxudan duran kimi içməyə başlayıb. Axşam Faiq işdən evə gələndə qardaşı ondan araq almaq üçün təqaüd kartını istəyib: "Məndən araq almaq üçün kartımı istədi məndə vermədim. Bu zaman aramızda mübahisə başladı. Məni söyürdü. Qardaşım Fərman onu sakitləşdirə bilmirdi".

Məlikov daha sonra ifadəsndə bildirib ki, çölə qaçarkən evdə istifadə etdikləri bıçaqı götürüb cibinə qoyub. Arxasınca küçəyə çıxan Məlik evdən 25 metr aralıda ona çatıb və əlindəki küt aləti üstünə atıb. Bu zaman Faiq əlində tutduğu bıçaqla qardaşının böyrünə və ürək hissəsinə 6 zərbə vurub.

Faiq Xəlilov hadisə yerindən bir başa polis bölməsinə gedərək hadisə barədə məlumat verib və təslim olub.

Əməlindən peşman olan Faiq Xəlilov qeyd edib ki, qardaşını öldürmək fikri olmayıb. Yalnız qorxutmaq və yaralamaq istəyib.

Məhkəmə Faiq Xəlilovun qardaşını öldürmək niyyəti olmaması kimi ifadəsini özünü müdafiə kimi qiymətləndirib.

Məhkəmə hesab edib ki, qətsirlnədirilən şəxsin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Faiq Xəlilov 14 il müddətinə azadlıqdan məhrum edilib./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar