Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - ŞƏKİL

Tarix: 28-11-2020 12:38     Baxış: 4331 A- / A+
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - ŞƏKİL


Kriminal aləmdə “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

Bu barədə “Rosbalt” məlumatlı mənbəyə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyədə öldürülən “Quli”nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur (“Rafiq Massalinski”).

Belə ki, adıçəkilən “qanuni oğru”ların hər zaman mürəkkəb münasibətləri olub. 2013-cü ildə “Massalinski” həbs edildikdə, “Quli” hər kəsə onu “qanuni oğru” kimi tanımamağa çağırıb.

2017-ci ildə isə “Quli”nin əmri ilə R.Eyvazova hücum edilib və onun qulağı kəsilib.

Mənbənin məlumatına görə, bundan sonra “Massalinski” intiqam alacağına söz verib və hücumda iştirak edən N.Səlifovun ətrafından iki nəfəri öldürüb. Avtoritetin özünə çatmaq üçün isə o, “Quli”dən zərər çəkmiş digər “qanuni oğruları” ətrafına toplamağa başlayıb.

Qətlin maliyyələşdirilməsində isə 2016-cı ildə güllələnən Rövşən Caniyevin (“Lənkəranski”) yaxınları iştirak ediblər.

Qeyd edək ki, “Lənkəranski”nin qətlində “Quli”nin əli olduğu düşünülür.(oxu.az)

Manevr.az


“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - ŞƏKİL
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - ŞƏKİL
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar