Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimin əl-ayağını bağladılar: "Səni yenidən sünnət edəcəyik..." – Şok hadisə

Tarix: 04-11-2020 13:47     Baxış: 3249 A- / A+
Müəllimin əl-ayağını bağladılar: "Səni yenidən sünnət edəcəyik..." – Şok hadisə

Cəlilabad rayonunda xuliqanlıqda ittiham olunan 1989-cu il təvəllüdlü Elvin Qardaşxanov, onunla birlikdə mühakimə edilən həmkəndliləri – Şakir Abdullayev və Samir Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az-ın xəbərinə görə, Elvin Qardaşxanov Cəlilabad rayon Uzuntəpə kənd 3 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Aqil Əzizovun Şakir Abdullayevin bacısı qızına Lənkəran şəhərinə birlikdə istirahətə getmək kimi əxlaqsız təklif etdiyini bəhanə gətirib.

O, Aqil Əzizovun ləyaqətini insanlar arasında alçaltmaq üçün Şakir Abdullayev və Samir Abdullayevlə qabaqcadan plan qurub. Üçlük 16 may 2019-cu il tarixdə saat 22 radələrində Uzuntəpə kəndi ərazisində Elvin Qardaşxanovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Aqil Əzizovun "VAZ-21074" avtomobilinin qarşısını kəsiblər.

Şakir Abdullayev Aqil Əzizovu zorla avtomobildən endirib. Daha sonra onlar Aqil Əzizovu yaxınlıqda olan istifadəsiz ərzaq mağazasının arxa tərəfinə aparıblar, onu uca səslə söyərək nalayiq ifadələrlə təhqir ediblər.

Elvin Qarsdaşxanov Samir Abdullayevlə birlikdə yumruq və təpik zərbələri ilə Aqil Əzizovun bədəninin müxtəlif nahiyələrinə vuraraq yerə yıxıblar.

Sonra Şakir Abdullayev Aqil Əzizovun sinə nahiyyəsində oturub və əynindəki mayka ilə boğazını sıxıb, sifət nahiyəsinə yumruqlarla ardıcıl zərbələr vurub. Samir Abdullayev isə Aqil Əzizovun baş nahiyəsinə təpik zərbələri endirib.

Aqil Əzizovun hadisə yerində olan oğlu Hikmət Əzizov atasını onların əlindən xilas etməyə çalışıb. Bu zaman Samir Abdullayev Hikmət Əzizovun da sifət nahiyəsindən yumruqla zərbə vuraraq ona xəsarət yetirib.

Şakir Abdullayevin göstərişi ilə Elvin Qardaşxanov Aqil Əzizovun ayaqlarını kəndirlə bağlayaraq onu müqavimət göstərmək imkanından məhrum edib.

Şakir Abdullayev Aqili bıçaqla cinsi orqanını kəsməklə hədələyib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cəlilabad rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elvin Qardaşxanov apelyasiya şikayəti verib. Əməlindən peşman olduğunu qeyd edən Elvin Qardaşxanov barəsində təyin olunan 1 il müddətinə həbs cəzasının həbs olmayan cəza növü ilə əvəz olunmasını istəyib.

Elvin Qardaşxanovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elvin Qardaşxanovun şikayəti təmin olunub və Cəlilabad rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 8 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması ilə əvəz olunub.

Elvin Qardaşxanovun cəzasını yaşayış yerində çəkməsi, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşadığı evini saat 23.00-dan 06.00-dək tərk etməmək vəzifəsi qoyulub. Onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Elvin Qardaşxanov dərhal məhkəmə iclası zalından həbsdən azad edilib.

Cəlilabad rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar